“Münaqişə tərəfləri eyni sənədi müxtəlif yollarla oxuyurlar” – Kavano

2019/06/Cavan-1561630045.jpg
Oxunub: 30256     16:47     27 İyun 2019    
“Etnik azlıq Cənubi Qafqazda böyük əhəmiyyət kəsb edə bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Kerri Kavano səsləndirib.

Sabiq amerikalı həmsədr qeyd edib ki, Qarabağ münaqişəsi tərəfləri demək olar ki, eyni sənədi müxtəlif yollarla oxuyurlar.

“Əks təqdirdə, bir tərəfin bir sənəd, qarşı tərəfin isə başqa bir sənəd təqdim etməsi inandırıcı deyil. Bakı bildirib ki, danışıqlar formatını dəyişməz saxlamaq lazımdır. Buna baxmayaraq mən hesab edirəm ki, Bakı daxili qayda ilə öz nümayəndə heyətinin tərkibini dəyişib və ora Qarabağın Azərbaycan icmasının mövcudluğunu əlavə edib”, - deyə Kavano bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin