Ordu.az xəbər verir ki, erməni KİV-lərində qondarma “Qarabağ rəhbərinin Paşinyana cavabı” başlıqlı məqalə dərc edilib.
Məqaləyə görə, Ermənistan hakimiyyəti Balasanyanın vəzifəsindən azad olunmasını tələb etməklə qondarma qurumu kukla hökumətinə çevirir.
“Ermənistan hakimiyyəti Vitali Balasanyanın milli təhlükəsizlik şurasının rəhbəri vəzifəsindən azad olunmasını tələb etməklə Qarabağ hakimiyyətini kukla hökumətinə çevirir. Qarabağ probleminin həll məsələsi baxımından hadisələrin bu cür inkişafı arzuolunan deyil. Buna baxmayaraq, iyunun 26-da sərəncam imzalanıb. Sərəncama əsasən, Arşavir Qaramyan təhlükəsizlik şurasının rəhbəri təyin olundu.
Xatırladaq ki, Qaramyan Vitali Balasanyanla sıx əlaqələrə malikdir və onlar bir komanda hesab olunurlar. Qaramyan da Ermənistan Baş nazirinin tərəfində olmayan şəxslərdəndir. Qaramyanın bu vəzifəyə təyin olunması Nikol Paşinyana cavab idi. Əslində, bu o deməkdir ki, Paşinyan Qarabağın daxili kadr problemlərinə müdaxilə edə bilməz”, - deyə erməni KİV-ləri yazır.
Alpər Mövluoğlu
Ordu.az