Ermənistanın və Paşinyanın marağı: Məgər onlar eynidir?

2019/06/0f885-1561622114.jpg
Oxunub: 29599     15:53     27 İyun 2019    
“Paşinyan hakimiyyəti istəyirdi, bizim nə istədiyimiz isə hələ məlum deyil”.

Ordu.az xəbər verir ki, bu sözləri ekspert Stepan Danielyan “Facebook” səhfəsində Ermənistanın və Nikol Paşinyanın marağına toxunarkən deyib.

Onun sözlərinə görə, belə bir təəssürat var ki, Paşinyanın marağı ümumi maraqdan öndə gəlir.

“Məgər dövlətin marağı ilə hökumətin marağı eynidir? Əgər belə deyilsə, o zaman hansı öncə gəlir? Məsələ ritorik görünür, çünki qərarları hazırkı hökumət qəbul edir və təbii ki, şəxsi köynək bədənə daha yaxındır.

Hakimiyyət şəxsiləşdirilib və qərarları bir şəxs qəbul edir. Bu vəziyyətimizdə növbəti sual daha ciddi ola bilər. Sual budur: kimin marağı öndə gəlir, Nikolun yoxsa dövlətin? Əgər konkret hadisələri müzakirə etsək, o zaman belə bir təəssürat yaranır ki, Nikolun marağı ümumi maraqdan öndə gəlir”, - deyə ekspert bildirib.
O qeyd edib ki, Paşinyanın özbaşına qərarları dövlətin maraqlarından irəli gəlmir.

“Məsələn, Ermənistan-Qarabağ süni ziddiyəti kimin maraqlarından irəli gəlir? Əlbəttə ki, dövlətin maraqlarından irəli gəlmir. Və ya təkcə islahat həyata keçirmək yox, eləcə də məhkəmə sistemini dəyişdirmək kimin maraqlarından irəli gəlir? Əlbəttə ki, dövlətin maraqların irəli gəlmir. Yaxud parlamentin apolitik kütlə ilə doldurulması kimin maraqların irəli gəlir? Əlbəttə ki, dövlətin maraqlarından irəli gəlmir. Bu vəziyyətdə bütün bunlar kimin maraqlarından irəli gəlir? Hər şey açıq şəkildə ortadadır, bu və bu kimi qərarları qəbul edən şəxsin maraqlarından irəli gəlir və bütün bu hadisələrin hüququ bir addımdan digər tərəfi düşünməyə qadir olmayan və ya istəməyən, stereotipləri hərəkət etdirilən insanları müxtəlif yollarla inyeksiya edə bilər.

Təcrübə sübut edir ki, bu, qısa müddət ərzində mümkündür. Digər tərəfdən Paşinyanı günahlandırmaq olmaz, çünki dövlətin marağı ictimaiyyət üçün formalaşdırılmayıb və burada günahkar xalq deyil. Paşinyan hakimiyyəti istəyirdi, bizim nə istədiyimiz isə hələ məlum deyil”, - deyə Danielyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Diktatura  


Bizi "telegram"da izləyin