“Hraparak”: Paşinyanın tezisi boşa çıxır?

2019/06/12674-1561103104.jpg
Oxunub: 8085     11:32     21 İyun 2019    
“Paşinyan qeyd edir ki, məni qarabağlılar seçməyib, İlham Əliyevi isə azərbaycanlılar seçib, buna görə də mən Qarabağın adından danışıqlar apara bilmərəm. İndi nə baş verir? Ermənistanlı Qarabağda seçilmək üçün gələ bilər? Yəni Paşinyanın tezisi boşa çıxır?”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Babayanın Qarabağda apardığı imzatoplama aksiyası başa çatıb və aksiya “konstitusiya”ya dəyişiklik edilməsini nəzərdə tutur.

“Həmin aksiyaya əsasən, Ermənistanda 10 il yaşamış şəxslər də Qarabağda (qondarma qurum-red.) seçilə bilərlər. İmzatoplama aksiyası parlamentə təqdim edilməlidir, lakin aksiyanın təsdiq edilməsi ilə yanaşı bəzi problemlər də var: məsələ odur ki, imzatoplama aksiyasının bir hissəsi toplanılıb. Sual verirlər ki, istəyirsiniz həyatınız yaxşılaşsın? Bütün hallarda artıq 11 min imza toplanılıb.

Sənədin konstitusiyaya uyğun olub-olmamasının araşdırılması üçün parlamentdən sonra Konstitusiya və Ali Məhkəməyə təqdim olunmalıdır. Daha sonra yenidən parlamentə qaytarılmalı, üçdə bir səs çoxluğu yığmalı və növbəti mərhələdə referenduma çıxarılmalıdır. Burada, həmçinin Ermənistan qanunvericiliyinə uyğunluq məsələsi də var”, - deyə erməni nəşri yazır.

Nəşrdə, prosesin mürəkkəb olduğu da qeyd olunub: “Lakin ən vacib məsələ aşağıdakıdır: Paşinyanın ən vacib arqumentlərindən biri danışıqlar masası ətrafıdır. Paşinyan qeyd edir ki, məni qarabağlılar seçməyib, İlham Əliyevi isə azərbaycanlılar seçib, buna görə də mən Qarabağın adından danışıqlar apara bilmərəm.

İndi nə baş verir? Ermənistanlı Qarabağda seçilmək üçün gələ bilər? Yəni Paşinyanın tezisi boşa çıxır? Arayik Harutyunyanın “Azad Vətən” partiyası parlamentə böyük güc olacaq. Onların sərbəst səsvermə elan edəcəyi istisna edilmir, çünki böyük ehtimalla imzatoplama aksiyası və təqdim olunan tələb konstitusiyaya zidd olacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin