"ATA Arms"dan ASR dəyişkən çaplı snayper tüfəngi - HƏRBİ ESKPERT (FOTOLAR)

2019/09/ATA-A-1568620143.jpg
Oxunub: 1314     14:10     19 Sentyabr 2019    
1942-ci ildə Kayseri şəhərinin İncəsu rayonunda anadan olan Cəlal Yollu mexanikaya meylli bir şəxs olub. Hələ kiçik yaşlarından dülgər olan atasının alətlərini rahatlıqla söküb yığırdı. Uşaq illərindən qazandığı bu təcrübə gələcəkdə ona tüfəng təmirini həyata keçirməyə imkan verdi. 1955-ci ildə, 13 yaşında ikən artıq gələcək müvəffəqiyyətinin ilk əlamətləri ortaya çıxmağa başladı. Onun bir ailə başçısının sıradan çıxan tüfəngini təmir etməyi bacarması, hamı tərəfindən təqdir ilə qarşılandı.

1959-ci ildə açdığı və daha çox tüfəng təmiri işlərini həyata keçirdiyi emalatxanada sonralar bütün həyatını bir müvəffəqiyyət hekayəsinə çevirdi. Cəlal Türkiyə miqyasında ilk təklüləli ov tüfəngini istehsal etdi. Lakin usta bir tüfənglə kifayətlənmədi. Daim bir addım sonranı xəyal etdiyi bu emalatxana onun həyatında dərin bir iz buraxdı və heç unuda bilməyəcəyi bir başlanğıc nöqtəsi oldu. Cəsarəti və müvəffəqiyyətli ticarət razılaşmaları tezliklə onu yerli bazarda söz sahibinə çevirdi.

1967-ci ildə yenilikçi və həmişə daha yaxşısını hədəf seçən Cəlal Yollu bu dəfə Kayseridə Türkiyənin ilk qoşa lüləli ov tüfəngini istehsal etdi. Eyni ildə məhdud gücü ilə silahların ehtiyat hissələrini də istehsal etməyə və satmağa başladı. Sonra isə odlu silah sənayesinin mərkəzi olan Düzce şəhərinə yerləşdi. Burada qısa müddətdə sənaye lideri olaraq tanındı və 1973-ci ildə sektorun inkişafı üçün 50-yə yaxın oxşar müəssisənin açılmasına yardım etdi.

1990-cı ildə Cəlal dünya bazarı ilə sıx əlaqədə olmaq üçün İstanbula köçdü. İstanbulda davam edən işləri çox keçmədən nəticəsini verdi və 1992-ci ildə "Vursan" markası adı altında Türkiyənin ilk yarıavtomatik ov tüfəngini istehsal etdi. Bu onun həm şəxsi karyerasında, həm də "Vursan" markası üçün bir dönüş nöqtəsi oldu. 1995-ci ilə qədər heç bir yerli istehsalçının bu müvəffəqiyyəti əldə edəcəyi gözlənilmirdi. 1998-ci ildə "Vursan" müasir istehsal müəssisələrində, ümumi sahəsi bir hektar olan ərazidə artıq tapança da istehsal edilməyə başlandı.

Hazırda şirkət "Ata Arms" adı ilə fəaliyyət göstərir və onun istehsal etdiyi məhsulların çeşidi kifayət qədər genişdir. Bir çox sərgilərdə nümayiş etdirilən məhsullar davamlı olaraq ziyarətçilərin ciddi marağına səbəb olur.

2019-cu ilin 30 aprel-3 may tarixlərində reallaşdırılan 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Türkiyə müdafiə sənayesi şirkətləri tərəfindən iştirakçılara təqdim edilən orijinal, yeni milli zirehli vasitələr, snayper tüfəngləri, rabitə avadanlıqları, son nəsil mina axtaranlar və mikro dronlar qardaş ölkə kimi, bizim də diqqətimizi cəlb etməyə bilməzdi. Bu sərgidə nümayiş etdirilən yeni hərbi təyinatlı məhsullar barədə əvvəllər də məlumat vermişik. Bu dəfə isə Türkiyənin atıcı silah istehsalçılarından olan "ATA Arms" şirkətinin "Ar-Ge" fəaliyyəti nəticəsində ortaya çıxan ASR "Multi Kalibre" (dəyişkən çaplı) snayper tüfəngi ilə Sizi tanış edəcəyik.

Məşhur Türkiyə odlu silah istehsalçısı olan "ATA Arms" şirkətinin yüksək dəqiqlikli snayper tüfəngi eninə sürüşən çaxmağa malikdir. Bu silah satışa "ATA Arms" ASR Dəyişkən Çaplı Snayper Tüfəngi (ATA Arms ASR MC Rifle) adı ilə çıxarılıb və istifadəçiyə üç fərqli çapa malik mərmi ilə təklif olunur:

- 7.62x51 mm-lik NATO standartlı ".308 Win" mərmisi ilə;
- 7.62x67 mm-lik yüksək güclü 300 "Win. Mag" mərmisi ilə;
- 8.6x70 mm- lik uzaq mənzilli xüsusi snayper məmisi ".338 Lapua Magnum" mərmisi ilə.

Təbii ki, hər mərminin özünə uyğun lüləsi, çaxmağı və xəzinəsi də silahın dəstinə daxil edilir.

"ATA Arms" şirkətinin ASR tüfənglərinin ".308 Win" mərmisi üçün 24 düym üzunluğunda və 1:11 yiv addımına malik lülədən, .300 WM və .338 LM mərmiləri üçün isə 24 düym üzunluğunda və 1:10 yiv addımına malik lülələrdən istifadə edilir. Universal platformaya malik silah ".308 Win", ".300 Win Mag" və ".338 Lapua Mag" mərmiləri üçün 3 fərqli xəzinəyə və 2 ədəd xəzinə qəbuledicisinə malikdir.

İstifadə edilən lülə və mərmiyə görə tüfəngin atəş məsafəsi 1000 metrdən 2 min metrədək dəyişir.

Bundan əlavə, ASR M-LOK qurğulu alüminium lülə yatağına və MIL-STD1913 standartına uyğun "Pikatinni" lövhəli paslanmayan poladdan hazırlanan lülə qutusuna, sürüşən çaxmaq çərçivəsinə və mərmi çapına görə dəyişən çaxmağa, qatlanan və geniş nizamlanma imkanlarına malik alminiumdan olan universal qundağa, qoruyucuya və zərbə tətik mexanizmli rahat ertonomik dəstəyə malikdir.

Xəzinənin tutumu 5 ədəd mərmidən ibarət olmaqla yanaşı, 3 pilləli təhlükəsizlik səviyyəsini təmin edən qoruyucuya malikdir. Onlardan ikisi isə tənzimlənə bilir. Xüsusi konstruksiyaya malik lülə əyləci geri təpməni azaldır, qüsursuz sabitliyi təmin edir. Qundaq atıcının anatomiyasına uyğun olaraq nizamlanır. Lülənin uzunluğu 51-56-61 sm arasında dəyişir. Standart versiyada boş çəkisi 4.8 kq-dır. Avadanlıqdan asılı olaraq dəyişən tüfəngin çəkisi bəzi mənbələrdə 6 və 6,2 kiloqram arasında, digərlərində isə 5,9 kq ilə 6,3 kq arasında göstərilir. "ATA Arms" şirkətinin rəsmi saytında bu silah haqında məlumatlar hələ dərc edilmədiyi üçün bəzi xüsusiyyətlər haqqında dəqiq məlumat verə bilmirik.

Ərazi şərtlərində əlavə alətdən istifadə etmədən çox sürətli və asan şəkildə lülə dəyişilməsinə imkan verən tüfəng, dünyada bir neçə firma tərəfindən istehsal edilir və bu xüsusiyyətinə görə sərgi iştirakçılarının diqqətini daha çox çəlb edir. Onlar barəsində də gələcəkdə Sizə məlumat veriləcək.

Atıcı, dəstək daxilində gizlədilən 6 künclü açardan istifadə edərək bir dəqiqədən də qısa müddətdə tüfəngi ehtiyac duyulan çapda lülə və çaxmaq ilə təmin etmək mümkündür.

Bundan əlavə, qundaq daxilinə yerləşdirilən açılıb-yığılan ayaq atıcının ehtiyaclarına, həmçinin atəşin dəqiq və sürətli olması üçün iki fərqli nizamlanma meyarına da malikdir. Həmçinin ASR308 dizaynında gərginlik qüvvəsi 0.8-dən 1.6 kq-a qədər olan və tənzimlənən iki pilləli zərbə tətik mexanizmindən istifadə edilir. Tüfəngin uc hissəsində səsboğucu əlavə edilməsi üçün yivli hissənin də mövcud olduğu ehtimal edilir.

Təklif olunan yeni tüfəngin dəyəri və taktiki texniki xüsusiyyətləri hələ də istehsalçı tərəfindən elan edilməyib.

Mütləq həmkarlarımızdan bəziləri haqlı olaraq "atıcı-snayper 3 lülə ilə necə hərəkət edəcək, əlavə yük döyüşçünün artıq enerji sərf etməsinə səbəb olacaq, bəlkə də əlavə snayper köməkçisi tələb edəcək" və s. kimi suallar səsləndirəcək. İstehsalçı da bu barədə xəsislik edir, silahın əsas təyinat konsepsiyasını açıqlamır. Bu tipli suallara cavab olaraq, qənaətə gəldiyim bir nəticəni diqqətinizə çatdırmaq istəyirəm. Şəxsən 3 lüləli bir snayper tüfəngini aşağıdakı kimi tətbiq edərdim.

Təlimlərdə 7.62x51 mm-lik standart ".308 Win" standart mərmidən və lülədən istifadə edər, həmin lüləni və mərmiləri təlimdən sonra silah otağında saxlayardım.

7.62x67 mm-lik yüksək güclü "300 Win.Mag" və 8.6x70 mm-lik uzaq mənzilli ".338 Lapua Magnum" məmilərini isə müvafiq lülələri ilə birlikdə yalnız döyüş növbətçiliyində xüsusi vacib hədəfləri məhv etmək üçün istifadə edərdim. Uzaq mənzilli ".338 Lapua Magnum" məmilərini və lüləsini isə iriçaplı antimaterial snayper tüfəngləri ilə tandemdə kontrsnayper mübarizəsində tətbiq edərdim. İstənilən atıcı silahda aşınmaya məhz lülənin məruz qaldığını, nəticədə atəş dəqiqliyinin zəiflədiyini, bəzən isə təmamilə yoxa çıxdığını bilirik. Bu metodla eyni silahı daha uzun müddət döyüşə hazır və yararlı vəziyyətdə saxlamaq mümkündür.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ATA-Arms   ASR-M-LOK  

"ATA Arms"dan ASR dəyişkən çaplı snayper tüfəngi - HƏRBİ ESKPERT (FOTOLAR)

2019/09/ATA-A-1568620143.jpg
Oxunub: 1315     14:10     19 Sentyabr 2019    