Rusiya erməni generalla bağlı qərar verməyib - Rəsmi İrəvan susur

2019/06/19120-1560943786.jpg
Oxunub: 672     17:07     19 İyun 2019    
“Poğosyanın təhvil verilməsi ilə bağlı Rusiya hələ ki rəsmi qərar qəbul etməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş prokuroru Artur Davtyan Ermənistan Parlamentinin sabiq deputatı, Məhkəmə Aktlarının Məcburi İcrası komitəsinin sabiq rəhbəri, general Mihran Poğosyanın sığınacaq verilməsi məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, erməni tərəfi Poğosyanın təhvil verilməsinə dair Rusiyanın cavabını gözləyir.

“Poğosyanın təhvil verilməsi ilə bağlı Rusiya hələ ki rəsmi qərar qəbul etməyib. Bizim həmkarlarımız tərəfindən Poğosyanın təhvil verilməsi və ya rədd edilməsi barədə hələ ki, rəsmi olaraq hər hansı qərar yoxdur. Ona artıq sığınacaq verildiyi barədə məlumatlar şayiədir. Hələ ki, rəsmi cavab daxil olmayıb. Onun təhvil verilməsi barədə rəsmi cavab olduğu anda açıqlanacaq”, - deyə Davtyan bildirib.

Qeyd edək ki, Poğosyan Ermənistan Xüsusi İstintaq Komitəsində araşdırılan cinayət işi çərçivəsində təhlükəli əməllərinə görə, təqsirkar kimi cəlb edilib və ona qarşı qarşı axtarış elan olunub.

Sabiq məmurun harda olmasına dair məlumatlarda qeyd edilir ki, o, aprelin 19-da Rusiyanın Kareliya respublikasının Petrozavodsk şəhərində həbs edilib. Aprelin 23-də Rusiya Federasiyası məhkəməsi onun Ermənistana təhvil verilməsi məsələsinin müzakirəsi üçün 40 gün müddətinə həbsinə dair vəsadəti təmin edib.

Lakin məlum olub ki, Poğosyan Rusiya Federasiyasının hakimiyyət qurumlarına müraciət edərək, ona siyasi sığınacaq verilməsi xahişi ilə müraciət edib.

Mayın 29-da “Sputnik Armenia” agentliyi xəbər yayıb ki, Poğosyanın həbs qərarı ev dustaqlığı ilə əvəz edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Poğosyan  

Rusiya erməni generalla bağlı qərar verməyib - Rəsmi İrəvan susur

2019/06/19120-1560943786.jpg
Oxunub: 673     17:07     19 İyun 2019    