Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün məhkəmə Ermənistan Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri Narek Babayanın İrəvan məhkəməsinə ünvanlanmış müraciətini bəyan edib.
Babayan, Manvel Qriqoryanın dövlətə vurduğu ziyanın həcmini müəyyən etməyə çalışır. O, bilmək istəyir ki, Qriqoryana aid daşınan və daşınmaz əmlaka qadağa qoyulubmu?
Məhkəmə, cinayət materiallarını hələlik tam araşdırmadıqlarına görə, dövlətə dəymiş ziyanın tam həcmi məlum olmasa da, ona aid olan bütün əmlak və nəqliyyat vasitələrinə həbs qoyulduğunu bildirib.
Onun vəkili qeyd edib ki, bu ərazinin bazar dəyəri Qriqoryanın dövlətə vurduğu ziyandan bir neçə dəfə bahadır. Məhkəmə işinin yekununa və dəymiş ziyanın həcminin müəyyən edilməsinədək bu məsələyə baxılması təxirə salınıb. Qriqoryanın iştirak etməməsinə görə keçiriləcək məhkəmə iclası təkrarən iyunun 25-dək təxirə salınıb.
Xatırladaq ki, Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, dövlət əmlakını mənimsəməkdə, vergidən yayınmaqda ittiham olunur. O, 2018-ci il oktyabrın 17-də həbsindən sonra Aknalic kəndindəki özünə aid olan şirkətə məxsus 329 hektar ərazini Ermənistan dövlətinə hədiyyə etmək niyyətində olduğunu bildirib.
Alpər Mövludoğlu
Ordu.az