Barıt və küləyin gətirdiyi qan qoxusu mövqedə duran döyüşçülər üçün adi haldır

2019/06/Qarab-1560922528.jpg
Oxunub: 2378     10:58     19 İyun 2019    
Aprel ayının 24-ü günü sübh çağı idi. Cəbhənin bütün istiqamətlərində düşmənin hücumu səngimək bilmir. Azərbaycan ordusunun bölməlləri ağır itkilər bahasına olsa da, Vətənin müdafiəsi üçün əlindən gələni edir.

Ağır yaralıları paytaxtdakı hərbi hospitala aparmaq üçün Tərtər şəhər stadionuna növbəti helikopter enmişdi... Hələ ki, həlak olmuş altı nəfər döyüşçünün meyitini döyüş meydanından çıxarmaq mümkün olub. Pilotlar uçuş əmri alsa da, yerli ərazidəki hərbi hissənin komandiri bir az gözləməyi xahiş edir. Budur növbəti dörd şəhid də gətirilir. Onların ardınca isə iki yaralı zabit... Biri sağ qolunu itirib. Biri isə huşsuz vəziyyətdədir. Onu xərəkdə meyitlərin sırasına qoyurlar. Qolsuz qalan zabit sərbəst hərəkət edə bildiyi üçün bortun bir küncündə oturmaq üçün özünə yer tapır...

Üstündə tibbi nişan olan hərbi helikopter artıq 20 dəqiqədir ki, havadadır... Bakıya yetişməyə isə təxminən 40 dəqiqəyə qədər vaxt var.

Uçuş çox narahat idi. Bort tez-tez möhkəm silkələnir, gah da ora-bura əyilirdi. Leytenant Tağı Həsənov oturduğu yerdə yıxılmamaq üçün tək qolu ilə tutunmağa çalışır, amma dəhşətli ağrıya baxmayaraq, meyitlərin arasında huşsuz uzadılıb qalmış zabitdən gözünü çəkmir.

Tez-tez hava boşluğuna düşən helikopterin qəfil silkələnmələrindən özünə gələn huşsuz leytenant gözlərini güclə aralayıb bərkidildiyi xərəyin üstündə ətrafa göz gəzdirməyə çalışır. Bort başdan-başa qan içindədir. Meyitin birinin başı sağa-sola tərpənir.

Hələ də tam ayıla bilməyən zabitin gözləri ətrafı ala-toran görür. Meyitlərdən o tərəfdə bir cüt qanlı əsgər ayaqqabısı görünür. “Deyəsən sağ kimsə var” deyə düşünür. Tükənmiş gücünü son dəfə toparlayıb, qan içindəki ayaqqabıların sahibini üzü yuxarı gözdən keçirməyə çalışır.

Onun ayıldığını görən leytenant Həsənov birtəhər ayağa qalxıb zabit yoldaşına yaxınlaşır.

- Mənə su... Su ver mənə...

Həsənov onun səsini eşidib toxtayır. Ölməyib, şükür.

Tağı Həsənov pilot kabinəsinə yaxınlaşıb oradan əlində su qabı geri-özünə gəlməyə çalışan leytenant Abdullayevə doğru qayıdır. Helikopter tez-tez yığalandığından tək əli ilə həm su qabını tutur, həm də müqavimətini itirməmək üçün tək qolunu bortun divarlarına dayaq verib yaralı dostuna yaxınlaşır.

Əlindəki suyun yarısını yaralının üstünə, qalanını da üzünə səpir. Helikopter hərbi hospitala çatana qədər xərəkdəki dostunun yanından kənara çəkilmir…

1994-cü il, 14 aprel...

Son qanlı toqquşma dünən olub. Ətrafda duyulan barıt və qan qoxusu səngərdə adi haldır. Günəş qaranlığı yenicə məğlub edib, dan yerindən mehriban baxışlarla boylanmağa başlayır.

Leytenant Abdullayevin komandiri olduğu bölük Ağdamın İlxıçılar kəndi ərazisində yerləşən "kökəltmə" deyilən heyvandarlıq kompleksinin yaxınlığında müdafiə xəttində idi. Cinahlarda isə Tərtər və Mingəçevirdən olan könüllülər döyüşürdü. Ermənilər xeyli qüvvə ilə qəfil hücuma keçir. Növbəti qanlı döyüş… Xeyli yaralı və canlı qüvvə itkisinə baxmayaraq, bölüyün silah tuta bilən şəxsi heyəti var gücü ilə müdafiə olunur.

Bölük komandiri düşmənə pulemyotla atəş açır, onun irəliləməsini əngəlləyirdi. İrəliləməyə çalışan erməni birləşmələrinin əsgərləri sayca çox idi deyə, atılan güllə boşa keçmirdi. Hər iki tərəfdə ayağa qalxmaq istəyən əsgəri güllə aparırdı. Döyüşün nəfəs kəsən anıdır. Bölüyün müdafiə xəttinin arxa hissəsində tank və PDM-2-lər görünür. Döyüşçülər kömək gəldiyini zənn etsələr də, elə həmin texnikanın atəşinə məruz qalırlar.

Artıq hər şey məlum idi. Deməli, bölük mühasirədədir. Zirehli texnikalar ermənilərindir… Səhərə yaxın hansısa cinahı yarıb arxaya keçdikdən sonra hücum planını yerinə yetirmək üçün uyğun zamanı gözləyiblər. Müdafiə xətti getdikcə daralan bölük çoxlu sayda itki verir.

Barmaqla sayılacaq qədər az adam müqavimət gösətərə bilirdi artıq. Leytenant Abdullayev “Qaçan əsgəri güllələləyəcəm” deyə bağırır. Sonra pulemyotu əsgərə verib qumbaraatan axtarır.

Qumbaraatan yenicə şəhid olmuş əsgərin qopmuş əlində sıxılı vəziyyətdə qalıb. Leytenant çətinliklə silahı götürüb ən yaxın tankı hədəfə alır. Birinci atəş hədəfdən yan keçir. Tank aşağı sürətlə onlara tərəf irəliləyir. İkinci atəş… hədəf bir anın içində alova bürünür. Qalan əsgərləri ruhlandırmaq üçün ayağa qalxan leytenant Abdullayevin arxasındakı təpəcikdə güclü partlayış baş verir. Onun dayandığı yeri bir az kənardan gələn erməni tankı hədəfə almışdı. Güclü partlayış dalğası bölük komandirini 6-7 metr uzağa tullayır. Qulaqlarında getdikcə artan uğultunun içində, ona yaxınlaşıb “Komandir, sən ölmə... Biz döyüşməliyik...” deyən əsgərin səsini aydın eşidirdi.

Leytenant ilk tibbi-yardım çantasını çıxarır. Özünə yardım edə biləcəyini düşünüb hərəkətlənmək istəyir. Amma tank mərmisinin partlayışından sonra hiss etdiyi boğulma və halsızlıq səbəbindən huşunu itirir...

Bir neçə dəqiqə sonra əsgər Məmmədov geri çəkilən digər əsgər yoldaşı ilə iki meyitə rast gəlir. Onlar qərara alırlar ki, çəkisi az olan şəhidin meyitini çıxarsınlar. Çünki onlar da gücsüz və taqətdən düşmüş halda idilər. Leytenant Abdullayev isə cüssəli biridir. Onlar digər meyiti sürümək istəyəndə əsgər Vüqar Məmmədov Abdullayevin ağzında qanla qarışmış köpüyü görür. Əsəgrlər yaralı və huşsuz komandiri sürüyüb döyüş mneydanından çıxarmağa çalışırlar. Nə olur olsun, düşmənin əlinə sağ keçməli deyildi yaralı zabit. Böyük çətinliklə komandiri xilas edə bilirlər - həm əsir düşməkdən, həm də ölümün cəngindən...

O, Tərtərdə əməliyyat olunduqdan sonra döyüşdə bir qolunu itirmiş, amma sonadək bir əllə qəhrəmancasına döyüşmüş zabit yoldaşı Tağı Həsənovla birgə helikopterə mindirilir… Onları ölümdən xilas etməyə aparırdılar…

Amma illər keçəcəkdi, zabit dostlar, sağalıb yenidən Vətənə xidmətə qayıdacaqdılar. Onlar yarımcan olmalarına baxmayaraq, uzun illər hərbi xidməti dayandırmırlar.

Leytenant Tağı Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətində mayor rütbəsinə qədər yüksəlir. Tək qolu ilə xidmət edir uğrunda canını verdiyi Vətənə. Leytenant Bakir Abdullayev də müalicə aldıqdan sonra, həkimlərin etirazına rəğmən ordu sıralarına qayıdır. Mayor rütbəsinə yüksələnədək əsas hissəsi cəbhə bölgəsində olan xidmət keçir və bir neçə il əvvəl ehtiyata buraxılıb.

Aradan xeyli vaxt keçəndən sonra erməni tərəfinin etiraflarından və rus mənbələrinin xəbərlərindən məlum olacaqdı ki, bu iki gənc zabitin ağır yaralandığı həmin döyüşdə düşmənin iki desant taboru qəhrəman Azərbaycan döyüşçüləri tərəfindən məhv edilib…

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ-müharibəsi   Döyüş  

Barıt və küləyin gətirdiyi qan qoxusu mövqedə duran döyüşçülər üçün adi haldır

2019/06/Qarab-1560922528.jpg
Oxunub: 2379     10:58     19 İyun 2019    