“Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib

2019/06/1b881-1560863491.jpg
Oxunub: 18191     16:45     18 İyun 2019    
İyunun 18-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019 müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müsabiqənin növbəti dəfə ölkəmizdə təşkilinin əhəmiyyəti vurğulanıb, hazırlıqla bağlı məsələlər, görüləcək işlər müzakirə edilib. Sonra yarışların keçirilməsi üçün hazırlanan infrastruktura baxış keçirilib.

Görüşün yekununa dair protokol imzalanıb.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Beynəlxalq-Ordu-Oyunları-2019  


Bizi "telegram"da izləyin