Yezidi hərbi qulluçunun hərəkətləri simulyantlıq xarakteri daşımır – Ekspertiza MN-i təkzib etdi

2019/04/51828-1555928173.jpg
Oxunub: 708     14:54     20 May 2019    
“KİV-lər dəfələrlə Broyanın səhhətindəki vəziyyətə toxunub, onun zəruri müalicəyə ehtiyacı olduğunu, həmçinin sağlamlığının gərginləşməsinə təsir edən, qanunsuz olaraq hərbi polisdə saxlanılmasını işıqlandırıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni vəkil Hayarpi Sarkisyan milliyyətcə yezidi hərbi qulluqçu Yurik Broyanla bağlı ekspertizanın nəticələrini təqdim edərkən deyib.

O qeyd edib ki, Broyanın hərəkətləri simulyantlıq xarakteri daşımır və təyin edilmiş əlavə stasionar məhkəmə tibbi ekspertizasının rəyi bu məqamı təsdiqləyib.

“Broyanın fəaliyyəti onun şəxsiyyəti və vəziyyəti ilə bağlıdır. Yəni onun uyğunlaşa bilmədiyi və əks-təsir verən sosial mühitinin dəyişməsi ilə əlaqədardır. Yekun rəydə bildirilir ki, Broyan ətrafında yaranmış cinayət-prosessual vəziyyət, qeyd edilən əks təsirin daha da irəliləməsinə və uzanmasına kömək edib. Bununla da ekspert öz mövqeyində Broyanın sağlamlığında problem olduğunu, cinayət-prosessual vəziyyətində olması nəticəsində daha da gərginləşdiyini bildirib. Erməni KİV-ləri dəfələrlə Broyanın səhhətindəki vəziyyətə toxunub, onun zəruri müalicəyə ehtiyacı olduğunu, həmçinin sağlamlığının gərginləşməsinə təsir edən, qanunsuz olaraq hərbi polisdə saxlanılmasını işıqlandırıb”, - deyə vəkil şikayətlənib.

Erməni vəkil, cinayət işinin 2018-ci il avqustun 30-da hərbi hissədə baş verən hadisəyə görə, özünə xəsarət yetirmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə aid olduğunu qeyd edib.

Bu cinayət əməlinə görə, amnisitiya tətbiq edilməsinin mümkün olmasına və Broyanın bununla bağlı müraciət etməsinə baxmayaraq, həmçinin ekspertizanın rəyinə əsasən erməni hərbi qulluqçunun simulyant olmamasının təsdiq edildiyi rəyinə və əlavə ekspertizaların keçirilməsi tələbinə əhəmiyyət verməyən müstəntiqin cinayət işinə bilərəkdən xitam vermədiyi qeyd edilir.
2018-ci il sentyabrın 4-də hərbi hissənin, daha sonra psixatriyanın yazdığı qeydlərə əsasən, Broyanın elə ilk hərbi xidmət vaxtından sağlamlığı ilə bağlı olaraq psixologiyasının pozulması halının qeydə alındığı vurğulanıb.

Onun çətin uyğunlaşan hərbi qulluqçu olduğu, daim baş ağrılarının olması və huşunu itirmə ilə nəticələnən hallara düşdüyü qeyd olunur. Lakin hərbi xidmətdə belə bir halın baş vermədiyi bildirilir.

Broyanın, həmçinin ürək və ayaqlarında problemlərin olduğu, psixoloji gərginliyə qapılmaqla depressiyaya düşməsi və əsəblərinə hakim ola bilməməsi kimi xüsusiyyətlərinin olması da qeyd edilir.

Onun hərbi xidmətə gələnədək 3 dəfə psixatriyada stasionar müalicə aldığı bildirilir. 15 yaşından etibarən bu vəziyyətə düşdüyü, buna görə də, hərbi xidmətə möhlət verildiyi vurğulanır. Broyanın davranışı və xarici görkəmindən də məlum olur ki, hərbi qulluqçu psixoloji gərginliyi dəf edə bilmir.

2018-ci il avqustun 30-da, saat 13:30 radələrində hərbi hissənin yuyunma yerinə yaxın BİG markalı üzqırxanla əsəblərinə hakim ola bilməyərək, sol biləyinin dəstək nahiyyəsinin daxili hissəsinin üz qisminə çoxsaylı xəsarət yetirib. Yezidi mənşəli hərbi qulluqçuda psixoloji gərginliyin irsi olduğu və anasından keçdiyi qeyd edilir.

Vəkil Ermənistan Müdafiə Nazirliyinin psixoloq-zabitin verdiyi psixoloji xasiyyətnamsinə baxmayaraq, Broyan barədə rəsmi açıqlamalarında onu daim “simulyant” adlandırmasını qəribə hesab edib. Broyanın hərbi xidmətdən yayınmadığı, psixoloji gərginliyinin olması, onun hərbi polisdə qanunsuz saxlanılması, müalicə edilməməsinə dair vəkil tərəfindən Ermənistanın Baş Prokurorluğuna məlumat verilsə də, bu, faydasız olub.

Vəkil əlavə olaraq qeyd edib ki, İrəvan Qarnizonu Hərbi Prokurorluğundan aldığı cavaba əsasən cinayət barədə verilən ərizə İrəvan hərbi istintaq Baş idarəsinin 4-cü qarnizon istintaq şöbəsinə təqdim edilib. Bildirilib ki, istintaq şöbəsində ərizənin gedişatını təmin etmək üçün Ermənistan CM-nin müvafiq maddələrinə əsasən materiallar toplanır.

Xatırladaq ki, Yurik Broyanla bağlı Ermənistan Baş Prokurorluğunda hərbi hissənin tabor komandiri tərəfindən ona qarşı edilən zorakılıq, anası ilə dava edərək, Broyanın anasını vuran psixatriya əməkdaşı ilə mübahisə etməsi və özünə xəsarət yetirməsi faktı olmaqla 3 cinayət işinin istintaqı aparılır.

Sonuncu işlə bağlı olaraq, milliyətcə yezidi olan erməni hərbi qulluqçu Broyan təqsirləndirilən statusuna malikdir. Ona qarşı simulyantlıq yolu və ya qanunsuz digər yollarla hərbi xidmət, yaxud hərbi xidmətin ayrı-ayrı öhdəliklərini yerinə yetirməmək maddəsi üzrə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yezidi-əsgər   Cinayət  

Yezidi hərbi qulluçunun hərəkətləri simulyantlıq xarakteri daşımır – Ekspertiza MN-i təkzib etdi

2019/04/51828-1555928173.jpg
Oxunub: 709     14:54     20 May 2019    