MILEX-2019: “Konsernin 70 ölkədən ibarət ixrac siyahısında Azərbaycan özünə layiq yer tutur” – KBP (EKSKLÜZİV)

2019/05/60607-10908312786.jpg
Oxunub: 1200     12:26     20 May 2019    
“KBP tərəfindən hazırlanan məhsullar 70-dən çox ölkənin arsenalında yer alır. Azərbaycanın da bu sahədə Rusiya ilə yaxından əməkdaşlıq etməsi, şirkətimizin məhsullarının Azərbaycanın arsenalında yer alması üçün münbit şərait yaradır”.

Ordu.az MILEX-2019 sərgisində iştirak edən Rusiyanın KBP (Cihazqayırma Konstruktor Bürosu) konserninin RVD şöbəsinin rəisi Korotkonojkin Aleksey İvanoviç ilə eksklüziv müsahibəni təqdim edir:

- Salam Aleksey İvanoviç, sərgi barədə ilkin təəssüratlarınız bizim üçün maraqlıdır...

Bizim konsern artıq 3-cü dəfədir ki, MILEX sərgisində öz stendi ilə çıxış edir. Hər dəfə də sərgi təşkilatçılarının yeni yanaşması, yeni sürprizləri ilə qarşılaşırıq. Artıq sərgidə qonşu dövlətlərdən əlavə, Asiya, CAR, Yaxın Şərq, Avropa və MDB-dən olan nümayəndə heyətləri milli stendlərlə təmsil olunur. Onların məhsulları arasında rəqbət qabiliyyətli, ciddi potensiala malik nümunələr də mövcuddur.

- MILEX 2019 əvvəlki sərgilərdən nə ilə fərqlənir?

Biz “Eurosatory”dan etibarən demək olar ki, bütün sərgilərdə iştirak edirik, lakin burada özümüzü daha rahat və sərbəst hiss edirik. Hər il iştirakçıların da əhatə dairəsinə paralel olaraq məhsulların çeşidi, xüsusilə də Belarus müdafiə sənayesi şirkətlərinin təqdim etdikləri kataloqun həcmi artır. Bu müsbət tendensiyadır və müttəfiq kimi bizi də sevindirir. Azərbaycan və Qazaxıstanın da milli stendlərlə iştirakı bu sərgiyə getdikcə artan marağın təzahürüdür.

- Aleksey İvanoviç təmsil etdiyiniz və məsul vəzifə daşıdığınız KBP şirkəti harda yerləşir?

- Bizim konsern qədimdən silah mühəndisləri və ustaları ilə tanınan Tula şəhərində yerləşir. Yaxın taktiki zona üçün yüksək dəqiqlikli silah sistemləri, müasir zenit-top kompleksləri və qumbaraatan qurğularının yaradılması ilə məşğul olan güclü tədqiqat və istehsal mərkəzi kimi xarakterizə olunur.

KBP arsenalında ən yaxşı xarici modellərlə uğurlu rəqabət edə biləcək qabaqcıl silah sistemlərinin inkişafı və istehsalı yer alır, onlardan bir çoxu unikal taktiki və texniki xüsusiyyətlərə də malikdir.

- Konsern əsasən hansı silah sistemlərinin istehsalına və hansı xüsusiyyət meyarlarına üstünlük verir?

- Son onilliklərdəki hərbi əməliyyatlar təcrübəsini nəzərə alan konsern əsasən yüksək dəqiqlikli sistemlərin istehsalında ixtisaslaşıb. Çünki güclü bombaların, yaylım atəşli raketlərin, qəlpəli fuqas və kasset tipli idarəolunmayan artilleriya sursatlarının tətbiqi mülki itkiləri, maddi dəyərlərin məhv edilməsini, infrastruktur və ətraf mühitə dəyən ziyanı qaçılmaz edir.

KBP-nin fəaliyyətinin əsas istiqaməti "yer-yer", "yer-hava", "hava-yer" siniflərinin taktiki zonada tətbiq edilən yüksək dəqiqlikli silah sistemlərinin geniş spektrinin inkişafından ibarətdir.

- Konsernin elmi və istehsal potensialı hansı səviyyədədir?

- Konserndə, təxminən 2,5 min nəfər əməkdaş çalışır. Konsern güclü elmi potensiala malikdir. Burada 15 elmlər doktoru, 70 elmlər namizədi, 1 nəfər Rusiya Elmlər Akademiyasının akademiki, 2 nəfər Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının akademiki fəaliyyət göstərir.

Mürəkkəb silah sistemlərinin qabaqcıl yaradıcısı olan KBP, Rusiya Federasiyası Elmlər Akademiyasının institutları da daxil olmaqla çox sayda müəssisə və təşkilatın işini əlaqələndirir, milli miqyasda silahların bir çox növləri üçün inkişaf perspektivlərini yaradır. Təbii ki, bu proseslər ciddi istehsal potensialı olmadan mümkün ola bilməz.

- Hansı silah nümunələrini və ya hansı silah sistemlərini bu sərgidə nümayiş etdirirsiniz?

- Konsernin istehsal sferası kifayət qədər genişdir, hər bir qoşun növü üçün silah və komplekslər hazırlanır. KBP zenit raket top kompleksləri, tank əleyhinə idarəolunan raket sistemləri, zirehli nəqliyyat vasitələri üçün silah platformaları, artilleriya üçün idarəolunan sursatlar və s. yaratmaq sahəsində ciddi nailiyyətlər əldə edib.

KBP korporasiyası tərəfindən istehsal olunan "Pantsir S-1" qısa-orta mənzilli zenit raket top kompleksi artıq bütün dünyada tanınır. Bu kompleks ən müasir hava hücumundan müdafiə texnologiyaları və müasir radarla təchiz olunub.

"Pantsir-S1" hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçuş həyata keçirmək qabiliyyətinə malik olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Kompleksdən döyüş əməliyyatlarında aktiv istifadə edilir.

Şirkətin sərgidə təqdim etdiyi digər bir vasitə "Kornet-EM" uzaqmənzilli və çoxməqsədli raket kompleksidir. Onun təyinatı günün istənilən vaxtında, çətin hava, elektron və optik müdaxilə şəraitində düşmənin dinamik mühafizə ilə təchiz olunan müasir və qabaqcıl tanklarını, yüngül zirehli nəqliyyat vasitələrini, istehkam qurğularını, suüstü və aşağı sürətli hava hədəflərini (PUA-larını, helikopterlərini, hücum edən təyyarələrini ) məhv etmək üçün nəzərdə tutulur.

- Azərbaycan ilə hərbi texniki əlaqələriniz barədə nə deyə bilərsiniz?

- KBP tərəfindən hazırlanan məhsullar 70-dən çox ölkənin arsenalında yer alır. Azərbaycanın da bu sahədə Rusiya ilə yaxından əməkdaşlıq etməsi, şirkətimizin məhsullarının Azərbaycanın arsenalında yer alması üçün münbit şərait yaradır. Detallar barədə açıqlama vermək isə səlahiyyətlərim çərçivəsindən kənardır. Tək onu deyə bilərəm ki, konsernin 70 ölkədən ibarət ixrac siyahısında Azərbaycan özünə layiq yer tutur.

- Aleksey İvanoviç stendinizdə kifayət qədər artilleriya sursatları da yer alır. Bu barədə məlumat vermədiniz...

- Bu barədə sərgidə iştirak edən həmkarım, konsernin aparıcı mühəndisi, tədqiqatçı Məhəmmədcanov Mixail Yuryeviç daha çox məlumata malikdir. Yaxşı olar ki, bu sualı Mixail Yuryeviç cavablandırsın.

- Böyük məmnuniyyətlə. KBP konserninin sərgidə təqdim etdiyi artilleriya sursatlarından biri “Krasnopol” nizamlanan artilleriya sursatıdır. 152 və ya 155 mm kalibrə malik sursatlar ilk atəşdən zirehli vasitəli və digər hərbi hədəfləri məhv etmək üçün nəzərdə tutulur. Sursatın nizamlanması aerodinamik sükanların köməyi ilə uçuşun son hissəsində, hədəf üzərindəki lazer nişanlanmasına uyğun olaraq həyata keçirilir. Mərminin atəş məsafəsini artırmaq üçün bir ədəd reaktiv mühərrikdən və ya alt qaz generatorundan istifadə edilir. İnkişaf etmiş aerodinamik səthlər hədəf planlaşdırılmasını, məsafə artırılmasını və buludların hündürlüyünə görə məhdudiyyətlərin azaldılmasını təmin edir.

1D15 lazer hədəf göstəricisi (1D20, 1D22) ilə işıqlandırılan hədəfdən əks olunan siqnalı qəbul edən 9E421 yarı-aktiv lazer tuşlama başlığına malik 152 mm-lik 3OF39 “Krasnopol” mərmiləri, 3VOF64 və 3VOF93 bölünmüş sursat yüklərindən istifadə edir. Kompleksin tərkibinə 1A35 sinxronizasiya dəsti və R-159M radiostansiyası daxil ola bilər. Bu mərmilər Rusiyanın 152 mm-lik D20, 2S3M “Akasiya”, 2S19 “Msta-S”, 2A65 “Msta-B” kimi artilleriya sistemlərində uğurla tətbiq edilir. Yeri gəlmişkən bu qurğuların bir çoxu hazırda Azərbaycan silahlanmasında mövcuddur.

120 mm-lik idarəolunan minaatan sursatlarından isə sərgidə KM-8 "Qran" kompleksini və onun istifadə etdiyi M120 minaalarını təqdim edirik. Bu minaatan kompleksi düşmənin tək və ya qrup halında canlı qüvvəsini, sabit və hərəkətli, zirehli və zirehsiz hədəflərini, mühəndis-istehkam obyektlərini və s. məhv etmək üçün nəzərdə tutulur.

7.5 km məsafədə hədəfləri məhv etmək imkanına malik "Qran" minalarının hədəfə zərbəsinin dəqiqlik ehtimalı 0.75- 0.80 arasında dəyişir.

Kompleksin tərkibi 120 mm-lik idarəolunan M120 qəlpəli fuqas minasından və "Malaxit" avtomatik atəşi idarəetmə sistemindən ibarətdir.

Döyüş tətbiqi zamanı istifadə edildikdə, "Qran" kompleksi həm sabit, həm də hərəkətli hədəfləri nizamlanma aparmadan ilk atəşdən gündüz və gecə məhv edə bilir. Bir-birindən 300 m-ə qədər məsafədə yerləşən hədəflərə həm eyni atəş bucaqlarından istifadə edilərək atəş açılır, həm də minanın atəş göstəriciləri dəyişmir.

Bir neçə minaatandan, bir-birinə mane olmadan, eyni atəş bucağından, qısa meteoballistik göstəricilərlə paralel atəş açılması, əks yamaclarda və ya dar keçidlərdə sabit və hərəkət edən hədəflərin gecə və gündüz yüksək dəqiqliklə məhv edə bilməsi, artilleriya tətbiqinin uyğun olmadığı yerlərdə bu minaatanların əhəmiyyətini xüsusilə artırır. Kompleksin digər üstünlüyü isə sursat məsrəfinin dəfələrlə azaltmasından ibarətdir.

- Maraqlı müsahibəyə və zaman ayırdığınıza görə təşəkkür edirik.

Aleksandr Uşakov
Nina Brejneva
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MILEX-2019   Rusiya   Azərbaycan   KBP  

MILEX-2019: “Konsernin 70 ölkədən ibarət ixrac siyahısında Azərbaycan özünə layiq yer tutur” – KBP (EKSKLÜZİV)

2019/05/60607-10908312786.jpg
Oxunub: 1201     12:26     20 May 2019    