Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, ilk öncə yerli daha sonra İrəvan hospitalına təxliyyə edilib. Onun ayaq problemləri ilə yanaşı, həmdə nitq qüsuru yaranıb. Həkimlər müayinə və müalicədən sonra onu uzun müddət qaldığı İrəvandakı hospitalının psixatriya bölməsinə yerləşdiriblər.
Qeyd edək ki, sözügedən erməni hərbi qulluqçu hərbi xidmətə məhdudiyyətlə yararlı hesab edilib. Hərbi xidmətə başladıqdan sonra isə ayaq ağrıları başlayıb, xəstəlik daha da şiddətlənib.
2019-cu il martın 23-də erməni hərbi qulluqçunun bacısı Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinə müraciət edərək, qardaşını lazımi səviyyədə müayinə etmədən şifahi dindirməklə yekun rəy verdiklərini qeyd edib.
HVAVO hərbi qulluqçunun müvafiq müalicə və müayinəyə cəlb edilməsi, mümkün olmadığı halda isə vaxtından əvvəl tərxis edilməsi xahişi ilə 2019-cu il martın 25-də Ermənistan Müdafiə naziri Davit Tonoyana müraciət ünvanlayıb.
Tam bir ay sonra aprelin 25-də yazılmış cavab məktubuna əsasən, Ermənistan MN-in Baş katibi Hayrapetyan bildirib ki, aprelin 9-da hərbi tibbi həkim komissiyasına cəlb edilən erməni hərbi qulluqçu hərbi xidmətə yararsız hesab edilib və aprelin 19-da ehtiyata buraxılıb.
Alpər Mövludoğlu
Ordu.az