Stoltenberq S-400-lərə görə Türkiyə üçün narahatdır

2019/05/CD121-1557223064.jpg
Oxunub: 15236     15:14     07 May 2019    
NATO Baş katibi Yens Stoltenberq Türkiyəyə Rusiya tərəfindən S-400 raket sistemlərinin satılması məsələsinə münasibət bildirib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Yens Stoltenberq açıqlamasında NATO-nun bu məsələyə görə çox narahat olduğunu bildirib.

“Müttəfiqlər də bir-birilərinə sanksiya tətbiq etməkdən çəkinməlidirlər”, - deyə Stoltenberq diqqətə çatdırıb.

Baş katib NATO-nun Türkiyə ilə müttəfiqliyinə də yüksək qiymət verdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin