Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 6-da Hovsep Muradyanın hüquqi varisinin nümayəndəsi Ruben Martirosyan, Ermənistan Apelyasiya məhkəməsində hakim Rubik Mxitaryana qarşı geri çağırılma ərizəsi təqdim edib.
Hakim müşavirə otağında qərara alıb ki, Ruben Martirosyanın ərizəsinin qəbul edilməsinə əsas yoxdur.
Ruben Martirosyan, məhkəmədə bu qətl hadisəsinin üstünün açılmasına mane olan bütün şəxslərin adlarını açıqlayıb. O qeyd edib ki, baş vermiş cinayət barədə məlumat verir. Hətta hakim Rubik Mxitaryan hüquq müdafiəçisinin sözünü kəsərək, məhkəmə zalından çıxması ilə bağlı ona qarşı sanksiya tətbiq edib.
Növbəti məhkəmə iclası saat mayın 21-i saat 10:30 radələrinə təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az