Ordu.az Türkiyə KİV-lərinə istindən xəbər verir ki, mayın sonlarından başlayaraq 100-ə yaxın türk hərbçisi Rusiya ərazisindəki hərbi mərkəzlərdən birində S-400 zenit raket sistemlərinin istismarına dair təlimlər keçəcək.
Məlumata görə, Türkiyə hərbçiləri Çin ordusu nümayəndələrinin ikinci qrupu ilə birgə təlimlər keçəcək.
Qeyd olunur ki, təlimlər 5 ay müddətində davam edəcək.
Sevinc Əliyeva
Ordu.az