Gümrü şəhər meydanına hərbi texnika və əsgərlər cəmləşdirilir - FOTOLAR
Oxunub: 32781
11:27
07 May 2019
Ermənistanın Gümrü şəhərindəki Vardanants meydanına gələn yollar bağlanıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb ərazidə çox sayda texnika və hərbi kalonlarının cəmləşməsi olub.
Məlumata görə, rus və erməni hərbi birləşmələri 9 may qələbəsinin növbəti 74-cü ildönümünə həsr edilmiş hərbi parada hazırlıq məşqləri keçirlər.
Həm nümunəvi çıxışlar, həm də hərbi texnikanın nümayişi olacaq. Yalnız təkərli texnikanın meydana daxil olmasına dair şəhər rəhbərliyi ilə razılıq əldə edilib.
Bildirilir ki, mayın 9-da Gümrü şəhər meydanında birgə hərbi parad keçiriləcək. Bu barədə məlumatı rus-erməni birləşmiş qoşunlar komandanı general Tiqran Parvanyan da təsdiqləyib.
Paradın məşqi 8 may saat 08:00 radələrində, hərbi paradın isə 9 may saat 11:00 radələrində baş tutacağı qeyd olunur.