"Joğovurd": Lavrov Ermənistandan Dilqəm Əsgərovu tələb edir

2019/05/01f9c-1557140717.jpg
Oxunub: 14864     16:28     06 May 2019    
Son zamanlar Rusiya və Ermənistan Xarici İşlər nazirləri Segey Lavrov və Zöhrab Mnatsakanyan arasında keçirilən görüşün mövzusu yalnız Qarabağ məsələsinin nizamlanması deyil, həmçinin Robert Köçəryanın həbs edilməsi olub.

Ordu.az "Joğovurd"a istiandən xəbər verir ki, Lavrov, bir daha açıq şəkildə onun buraxılmalı olduğu bildirib.

"Bunun belə olub-olmadığını demək çətindir. Lakin rus tərəfi müxtəlif səviyyələrdə ictimai şəkildə öz narazılığını bəyan edib. Əlbəttə, rəsmi səviyyədə şərh verməkdən çəkiniblər", - deyə nəşr yazır.

Hazırda müxtəlif yollarla Rusiyanın onu azad etmək niyyətində olduğu barədə məlumatların Köçəryana ötürüldüyü istisna edilmir. Köçəryanın həbs edilməsi Avrasiya təşkilatı liderləri arasında da narahatlığa səbəb olub.

Lakin problemin yalnız liderlərdə olmadığını da qeyd etmək lazımdır. Ermənistanda baş verən hadisələr demək olar ki, Avrasiya bölgəsindəki münasibətlər sxemini parçalayıb.

Bu məqam başqa bir hadisə ilə də bağlıdır. Lavrov bir neçə dəfə ictimai şəkildə Qarabağda qanunsuz olaraq girovluqda saxlanılan Rusiya vətəndaşı, Dilqəm Əsgərovun qaytarılması barədə də danışıb.

Nəşr bununla Lavrovun Mnatsakanyanla danışıqlarında Dilqəm Əsgərovun geri qaytarılması barədə müzakirə aparıldığına işarə edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Mnatskanyan   Dilqəm-Əsgərov  


Bizi "telegram"da izləyin