Ordu.az xəbər verir ki, eyni gündə 9-cu dağ atıcı alayın 2 əsgəri hərbi hospitala təxliyə olunub. Həkimlər vəziyyətlərinin ağır olduğunu bildiriblər.
Tibb müəssisəsinin həyətində günlərlə gözləyən valideynlər övladları üçün çatışmayan dərmanları da özləri alırlar.
Əsgərlərdən birinin atası qohumları ilə söhbətdə deyib ki, onun oğlunu ilan sancdığı, digər əsgərin isə döyüş postunda öz həmyerlisi tərəfindən güllələndiyi üçün hospitala yerləşdiriblər.
Güllə yarası alan əsgərlə bağlı cinayət işi açılıb və istintaq davam edir.
Ordu.az