Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Ruben Mehrabyan 168.am saytına verdiyi müsahibəsində bu iki halın strateji baxımdan bağlı olduğunu bildirib.

O hesab edir ki, Rusiya bölgədəki hərbi varlığını və təsirini artırmaq istəyir.
“Bu iki hal müxtəlif tarixdə olsa da, bir-birini tamamlayır. Bir məqamda bir məsələni həll edirsə, digər məqamda isə bu məsələlər strateji səviyyədə bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Ermənistandakı rus hərbi bazasının yeni qırıcılarla komplektləşdirilməsi rusların Ermənistandakı varlığını kifayət qədər ləngidəcək.
Bu addım Ermənistanın suverenliyi baxımından yaxşı hal deyil. Digər tərəfdən Ermənistana qarşı düşmənçilik edən qüvvələrə müəyyən mənəvi təsir rolunu oynayır. Ancaq hər hansı nəticə etibarı ilə bu Ermənistan üçün müsbət hal deyil”- deyə erməni politoloq bildirib.
Mehrabyan, bu günlərdə “Zvartnots” hava limanında rus sərhədçilərin və Ukrayna Ali Radasının deputatı Mustafa Nayemlə bağlı hadisəni xatırlayaraq, Rusiyanın qara siyahısında olduğuna görə Ukrayna deputatının rus sərhədçiləri tərəfindən Ermənistana girişinə icazə verilməməsini köhnə hakimiyyətin fəaliyyətindən qalan miras kimi dəyərləndirib: “Bu Ermənistan üçün ciddi ziyankarlıq mirasının bir hissəsidir və burada Ermənistan hər hansı alçaldıcı öhdəliyə düşür. Ruslar sərhəddə nəzarət edə bilər, ancaq bu Ermənistana nəzarət kimi qəbul edilə bilməz. Onlar əraziyə nəzarət edir və zəhmət olmasa bundan kənar işlərlə məşğul olmasınlar.
Rusların sərhəddə görüləcək işləri olsa da, Ermənistanın qonaqlarını narahat etdikləri “Zvartnots” hava limanında olmamalıdır. Ermənistana xoş niyyətlə gəlməyənləri isə Milli Təhlükəsizlik və Ermənistanın Sərhəd Qoşunları nəzarət etməyə qadirdir”.
Alpər Mövludoğlu
Ordu.az