“Keçirilən təlimlər hərbi texnikanın cəlb edilməsi baxımından kifayət qədər irimiqyaslıdır” – İsgəndəryan

2019/05/34534-1556958395.jpg
Oxunub: 8143     13:10     04 May 2019    
“Digər önəmli bir fakt kimi son iki təlimdə Azərbaycan ordusunun HHM vasitələrini sınaqdan keçirdiyini qeyd edə bilərəm. Bu, Ermənistanın Su-30 qırıcılarını əldə etməsi ilə əlaqədardır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr İsgəndəryan bildirib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən təlimlər plan üzrə nəzərdə tutulan təlimlərdir, lakin hərbi texnikanın cəlb edilməsi baxımından kifayət qədər irimiqyaslıdır.

“Aviasiya texnikası, o cümlədən təyyarələr, artilleriya, tank və s. cəlb edilib. Bu təlimlər 2017-ci ildə baş tutan Azərbaycan və Türkiyə birgə təlimləri ilə müqayisə edilə bilər. Keçən il ərzində bu kimi təlimlər iki dəfə, mart ayında Qarsda, sentyabr ayında isə Azərbaycanda baş tutub”, - deyə o təşvişini gizlədə bilməyib.

İsgəndəryan qeyd edir ki, təlimlərin bu formatda keçirilməsi yenilik olmasa da, cəlb edilən türk zabitləri Azərbaycan ordusunun hərbi qulluqçularının hazırlanmasında böyük rol oynayır.

“Digər önəmli bir fakt kimi son iki təlimdə Azərbaycan ordusunun HHM vasitələrini sınaqdan keçirdiyini qeyd edə bilərəm. Bu, Ermənistanın Su-30 qırıcılarını əldə etməsi ilə əlaqədardır.

Azərbaycan tərəfi vaxtilə Naxçıvan istiqamətindəki müdafiə boşluğunu da aradan qaldırmaq istəyir. Türkiyənin bölgədə baza yaradacağına isə inanmıram. Bu, Türkiyənin NATO üzvü olması ilə əlaqəlidir və bunun nə zamansa baş verə biləcəyi istisna edilmir” - deyə erməni politoloq sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin