Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turnirində yarışırlar

2019/05/w_161-1556955969.jpg
Oxunub: 23580     11:45     04 May 2019    
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mayın 4-də mətbuat nümayəndələri arasında altıncı atıcılıq turnirini təşkil edib.

Ordu.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində KİV-in rolunun artırılmasıdır.

Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri üç nəfərdən ibarət 18 komanda iştirak edir.

Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev yarış iştirakçılarına uğurlar arzulayıb.

Bildirib ki, ənənəvi olaraq hər il keçirilən turnir media nümayəndələri arasında maraqla qarşılanır və ildən-ilə yarışa qatılmaq istəyənlərin sayı artmaqdadır.

Sonra turnirə start verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin