STM Müdafiə nazirinə hansı məhsullarını təqdim edib? – HƏRBİ EKSPERT (FOTOLAR)
Oxunub: 14297
10:05
02 May 2019
Hazırda bütün dünyanın müdafiə qurumlarının və bu sahədə fəaliyyət göstərən aparıcı hərbi sənaye şirkətlərinin diqqəti İstanbulda keçirilən IDEF-2019 Beynəlxalq Müdafiə Sərgisinə yönəlib. Ölkəmizin də MSN məhsulları ilə təmsil olunduğu sərgidə, güc strukturlarının rəhbərləri və nümayəndə heyətləri iştirak edir. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.
Müdafiə nazirinin xüsusi diqqət yetirdiyi stendlərdən biri də Türkiyənin “STM Müdafiə Texnologiyaları Mühəndisliyi və Ticarət A.Ş” şirkətinə məxsus olub.
“STM Müdafiə Texnologiyaları Mühəndisliyi və Ticarət A.Ş” Türkiyə Silahlı Qüvvələrinə (TSQ) və Müdafiə Sənayesi Nazirliyinə (SSB) sistem mühəndisliyi, texniki dəstək, layihə idarəetməsi, texnologiya transferi, logistik dəstək xidmətləri göstərmək məqsədilə 1991-ci ildə Müdafiə Sənayesi İcra Komitəsinin qərarı ilə təsis edilib. Şirkətin əsas məqsədi dünyanın ən yaxşı 50 müdafiə sənayesi şirkəti arasında yer almaqdan və müdafiə sisteminin ehtiyaclarına cavab verən rəqabətqabiliyyətli, müasir və ağıllı texnoloji həllərin təmin edilməsindən ibarətdir.
Şirkət mühəndislik, texnologiya, müşavirlik və servis sahəsində fəaliyyət göstərir.
Dəniz layihələri sahəsində STM, Milli və Beynəlxalq Dəniz Layihələrində sualtı və suüstü gəmilər, hərbi obyektlər/tərsanələr, gəmiqayırma, modernləşdirmə və təmir/servis fəaliyyəti üçün mühəndislik xidmətlərini təmin edir.
STM Dəniz Layihələri çərçivəsində ixtisaslaşmış müşavirlik, layihənin idarə edilməsi, infrastruktur, dizayn, Ar-Ge fəaliyyətləri, platformaların inteqrasiyası, sistem təminatı, təmir tədbirləri, liman/zavod qəbulunu həyata keçirir.
Həyata keçirilən layihələr:
- MiLGEM Layihəsi;
- Pakistan Dəniz Yanacaq Tankeri Layihəsi;
- Yeni Tip Sualtı Layihəsi;
- AY Sinif Sualtı Qurğu/Sistem Yeniləmə Layihəsi;
- Dəniz Təchizat və Döyüş Dəstək Gəmisi Layihəsi.
STM bütöv kibertəhlükəsizlik və müdafiə üçün həllər təmin edir, kiber sahədə AR-GE və həll inkişaf etdirmə fəaliyyətləri üçün etibarlı bir iş ortağıdır. Şirkət AR-GE layihələri, məhsul inkişaf etdirmə və kiber sahədə qlobal olaraq tanınan bir Mükəmməl Mərkəz olmağı qarşısına məqsəd qoyub.
STM həm NATO, həm də Avropa İttifaqı ilə kibertəhlükəsizlik sahəsində fəal iştirakçılardan biridir. NATO-nun CCDCoE (Müştərək Kiber Müdafiə Mərkəzi), ABŞ-ın CERT, Mitre, European Office of Security (Avropa Təhlükəsizlik Bürosu-EOS) və bir çox universitetlər ilə strateji əməkdaşlıq edir. STM “Big Data & Data Science” (Büyük Verilənlər ve Verilənlər Elmi) layihəsini həyata keçirir.
Şirkət həyata keşirdiyi Ar-Ge fəaliyetləri ilə maneə arxasındakı hədəfləri aşkar edən RLS-lər, avionika, SAR (sintetik radarlar), kosmik və stimülyasiya teknologiyası sahəsində uğur qazanmaqdadır.
Həyata keçirilən layihələr:
- DAR - Divar arxası Hədəf Aşkarlama Radarı;
- SARGUS - Sintetik Diafraqmalı Radara malik Peykin Faydalı Yük Stimulyatoru Layihəsi;
- Əməliyyat İmkanlarının Qiymətləndirməsi Modelinin Layihəsi.
STM 15 ildən çox müddətdir reallaşdırdığı hərbi və mülki aviasiya layihələrindən əldə etdiyi təcrübə ilə hər cür hava platforması üçün xüsusi aviasiya proqramları, idarəetmə və dəstək sistem həllərinə aid geniş məhsul çeşidlərini təklif edir.
Hərbi aviasiya sahəsində şirkətin həyata keçirdiyi layihələr:
- ATAK (T-129), Jandarma (Sikorski S-70) və YARASA (Sikorski S-70 “Blackhawk”) helikopterləri üçün Rəqəmsal Xəritə və Vəzifə Planlaşdırma Sistemi;
- C-130 ERCİYES Yerüstü Vəzifə Planlaşdırma Sistemi;
- TİHA Türkiyə PUA-sının Vəzifə Planlaşdırma Proqramı;
- THY OpsEye Təyyarə Yerüstü İzləmə Sistemi;
- THY OpsMet Meteoroloji Analiz Sistemi;
- Atlasjet - Atlas Global EFB (Electronic Flight Bag) Sistemi.
İdarəetmə, nəzarət və informasiya texnologiyaları sahəsində şirkət:
- Strateji, Taktiki və Əməliyyat İdarəetmə və İnformasiya Sistemləri (Yer və Hava);
- Raket və Hava Hücumundan Müdafiə İnformasiya Sistemləri
- İdarəetmə İnformasiya Sistemləri;
- İnteqrasiya Həlləri;
- Veb, Desktop və Mobil İT həlləri təklif edir.
STM şirkəti aşağıda sadalanan layihələrdə iştirak edir:
- ALTAY əsas tankının idarəetmə, nəzarət və döyüş informasiya sistemi;
- Leopard-1T tanklarının və təkmilləşdirilmiş zirehli personal daşıyıcılarının idarəetmə, nəzarət və döyüş informasiya sistemi;
- NATO-nun AirC2IS strateji və operativ səviyyəli HHQ komandanlığının idarəetmə və raketdən müdafiə planlaşdırmasının informasiya sistemi;
- NATO-nun Əfqanıstan Missiya Şəbəkəsinin (AMN) inteqrasiyası;
- NATO-nun ADATP-3 kompüter əsaslı təhsil sistemi;
- TSQ-nin Baş Qərargahının informasiya sistemi;
- Avropa İttifaqının 7-ci Çərçivə Təhlükəsizliyi Proqramı üçün portativ müstəqil patrul sistemi - TALOS sərhəd müşahidə sistemi;
- TODES taktiki dəstək sistemi;
- BTK elektron marketinq və təftiş sistemi (e-PGD);
- GÖKTÜRK AIV və ILS/OPS xidmətləri;
- Gəmi qərar qəbuletməyə dəstək sistemi;
Hərbi gəminin xəritə və informasiya sistemi.
Şirkətin digər bir fəaliyyət sahəsi avtonom hərəkət edərək qərar verən və sürü halında vəzifəsini yerinə yetirə bilən zərbə tipli PUA sistemləridir.
Şirkət daxili imkanları sayəsində PUA-ları dərin öyrənmə bazasına malik optik elementlərlə təmin edir, kompüter vasitəsilə real zamanda obyektlərin aşkarlanması, izlənməsi, tanınması və təsnifatını həyata keçirir.
STM şirkətinin istehsal etdiyi və IDEF-2019 sərgisində təqdim etdiyi KARGU, asimmetrik müharibə və ya terrorla mübarizə sahələrində istifadə üçün tək əllə daşınan, avtonom və ya uzaqdan idarə olunan, 4 ədəd dönən qanadlı, kvadrokopter tipli zərbə PUA-sıdır. Bu aparat yerüstü idarəetmə qurğusundan və PUA batareya yükləmə modulundan ibarətdir.
KARGU PUA-sı:
- Gündüz və gecə aktiv əməliyyat;
- Minimal ziyanla müstəqil həssas zərbə;
- Koordinat və ya görüntü üzərində seçilən hədəfi izləmə və məhv etmə;
- Müxtəlif sursat variantları;
- Hərəkətdə olan hədəfə kilidlənmə;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Bir nəfər əsgər tərəfindən istifadə;
- Vəzifəni ləğv etmə və ya özünü məhv etmə;
- Təhlükəsiz geri qayıtmaq;
- Təkmilləşdirilmiş və orijinal radioelektron mühafizə;
- Tənzimlənən məsafədən hədəfi məhv etmə;
- Xüsusi milli proqram təminatı;
- Gürüntü emalı əsaslı nəzarət tətbiqləri;
- Real zamanda obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatı;
- İstifadədən əvvvəl sursat yükləmə imkanı;
-10 qat optik yaxınlaşdırma;
- İstifadəçi dostu olan yerüstü idarəetmə proqramına malikdir.
PUA-nın fəaliyyət radiusu 5 km, uçuş müddəti 25 dəqiqə, uçuş yüksəkliyi 500 metr, maksimum uçuş yüksəkliyi 2800 metr, maksimum sürəti isə 72 km/saatdır. Ölçüləri 600 mm x 600 mm x 430 mm olan aparatın qalxma kütləsi 7060 qramdır. KARGU kvadrokopteri -20 dərəcədən + 50 dərəcəyədək temperatur diapazonunda çalışa bilir. Onun buraxılması üçün 1 dəqiqədən də az zaman tələb olunur.
Sərgidə avtonom və sabit qanadlı ALPAGU BLOCK II zərbə PUA-sı da nümayiş etdirilib. Bu aparat asimmetrik və ya konvensional müharibədə bir nəfər əsgər tərəfindən nəql edilir və buraxılır.
ALPAGU BLOCK II sabit qanadlı PUA-dan, atıcı və yerüstü idarəetmə qurğularından ibarətdir. Bir çox atıcı qurğunu eyni ərazidə yerləşdirməklə onlardan sürü şəklində istifadə mümkündür.
Onu, real zamanda orijinal görüntü emalı və dərin təhlil alqoritmləri ilə sabit və hərəkətli hədəflərə qarşı da istifadə etmək olar.
ALPAGU BLOCK II PUA-sı:
- Gündüz və gecə aktiv əməliyyat;
- Avtonom həssas zərbə;
- Koordinat və ya görüntü üzərində seçilən hədəfi izləmə və məhv etmə;
- Hərəkətdə olan hədəfə kilidlənmə;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Bir nəfər əsgər tərəfindən istifadə;
- Vəzifəni ləğv etmə və ya özünü məhv etmə;
- Təhlükəsiz geri qayıtmaq;
- Yüksək naviqasiya və nəzarət alqoritmləri;
- Təkmilləşdirilən radioelektron mühafizə;
- Milli proqram təminatı;
- Real zamanda obyektlərin aşkarlanması, tanınması, izlənməsi və təsnifatı imkanlarına malikdir.
ALPAGU BLOCK II zərbə PUA-sının fəaliyyət radiusu 5 km, uçuş müddəti 10 dəqiqə, uçuş yüksəkliyi 121 metr, kreyser sürəti 92 km/saat, maksimum sürəti 120 km/saatdır. LiPo batayesı ilə çalışan elektrik mühərikli zərbə vasitəsi 1.9 kq kütləyə malikdir. -20 dərəcədən + 50 dərəcəyədək temperatur diapazonunda çalışa bilir. Onun buraxılması üçün 1 dəqiqədən də az zaman tələb olunur.