Ermənistanın BQ rəisi "1 Mart" işi üzrə dindirilib - Növbə Tonoyanındır

2019/03/15338-1552458328.jpg
Oxunub: 676     10:54     13 Mart 2019    
Ermənistan Xüsusi İstintaq Xidməti "1 Mart" işi üzrə konstitusiya qaydalarını devirmək prosesinin bir hissəsini ayırıb və ilkin araşdırmanın başa çatdığını elan edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "1 Mart" işi üzrə Ermənistanın hazırkı Baş Qərargah rəisi Artak Davtyan və Qarabağdakı qanunsuz hərbi birləşmənin komandir müavini Onik Karapetyan da dindirilib.

Məlumata görə, hətta bu iş üzrə sənədlərdə Ermənistan Müdafiə naziri Davit Tonoyanın da adı hallanır.

Belə ki, 2008-ci ildə Ermənistan Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq müdafiə proqramları idarəsinin rəisi, indiki Müdafiə naziri Davit Tonoyan, 2008-ci il 23 fevral tarixli 0038 nömrəli tam gizli əmrin hazırlanması ilə bağlı keçirilən müşavirədə iştirak edib.

Xatırladaq ki, Tonoyan bu günlərdə "1 Mart" hadisələrində ordunun iştirakı barədə danışıb və qeyd edib ki, həqiqətən də "1 Mart" hadisələrində, həmçinin ondan sonrakı günlərdə ordunun iştirakı olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Tonoyan   Davtyan   1-Mart  

Ermənistanın BQ rəisi "1 Mart" işi üzrə dindirilib - Növbə Tonoyanındır

2019/03/15338-1552458328.jpg
Oxunub: 677     10:54     13 Mart 2019    