Hərbi qulluqçuların vətənpərvərlik tərbiyəsi və dövlət sirrinin qorunmasında şəxsi heyətin rolu

2019/03/20af7-1552454549.jpg
Oxunub: 938     16:20     13 Mart 2019    
Müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatları, rəhbər şəxsləri və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır. Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir.

Gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan Azərbaycan Ordusunda gənclərlə iş sahəsində görülən tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir.

Vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni xarici və daxili düşmənlərdən qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinmək və Vətəni layiqli vətəndaş kimi təmsil etməkdir.

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda nəyə qadir olduğunu təsdiqləyib.

Azərbaycan gənc nəslinin nümayəndələri olan Azərbaycan Ordusunun əsgərləri həm də xalqın əsrlər boyu əldə edilmiş hərbi ənənələrini də, milli hərbi vətənpərvərlik ruhunu da hərbi kollektivlərdə yaşadır.

Azərbaycanda gənclər siyasətinin əsasında layiqli vətəndaş və sağlam nəslin formalaşdırılması dayanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amalın təsdiqidir. Ümummilli Lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin formalaşmasını qürur hissi ilə vurğulayaraq demişdir: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var".

Vətənpərvərlik emosiya və hisslərlə bağlı olduğundan bu hisslərin tərbiyəsi hər bir dövlət üçün vacib məsələyə çevrilir. Müasir modernləşmə və qloballaşma şəraitində vətənpərvərlik hissinin fərqli xüsusiyyətləri meydana çıxır. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində vətənpərvərlik müəyyən mənada başqa mahiyyət daşıyırdı. O zaman Ümummilli Liderin iradəsi, həmçinin şəxsi vətənpərvərlik nümunəsi sayəsində vətəndaşları Vətəni və dövləti qorumaq ideyası ətrafında birləşdirmək zərurəti yarandığından ümummilli lider Heydər Əliyev tərəfindən 1993-cü ildə Azərbaycan xalqını vahid ideya ətrafında birləşdirə biləcək azərbaycançılıq məfkurəsi (ideologiyası) irəli sürüldü.

Azərbaycan Respublikasının ağır və təlatümlü dövründə azərbaycançılıq məfkurəsi (ideologiyası) o dövr üçün vətəndaşların fikir müxtəlifliyindən daha vacib idi. Nəticədə vətənpərvərlik hissinin yeni ideya ətrafında tərbiyə olunması məsələsi zərurətə çevrildi. Azərbaycanda yaşayan xalqları, etnik qrupları və müxtəlif dini etiqadlıları Azərbaycan xalqının vahid idealları ətrafında birləşdirən və Azərbaycan Respublikasının vətəndaşı kimi hamını ölkənin ərazi bütövlüyünün qorunmasına səfərbər edən bu ideologiya hər bir vətəndaşın ideologiyası oldu.

Bu gün fəxarətlə demək olar ki, Azərbaycan xalqını milli birliyə səsləyən azərbaycançılıq ideologiyası var və bu ideologiyanın əsasını Azərbaycan Respublikası vətəndaşlarının milli vətənpərvərliyi təşkil edir.

Hazırda Azərbaycan Ordusunda azərbaycançılıq ideologiyasının təşviqi və tətbiqi gənc hərbi qulluqçularda milli mənlik şüurunun inkişaf etdirilməsi və hərbi vətənpərvərlik hisslərinin artırılması istiqamətində bir sıra təşkilati tədbirlər həyata keçirilmiş, İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən "Azərbaycan Ordusunda azərbaycançılıq ideologiyasının təşviqi və tətbiqi haqqında Əsasnamə” və “Azərbaycan Ordusunda gənclərlə hərbi vətənpərvərlik işinin təşkil edilməsi haqqında” Təlimat hazırlanmışdır.

Azərbaycançılıq ideologiyasının təşviqi və tətbiqinin, həmçinin gənclərdə hərbi vətənpərvərlik işinin təşkil edilməsində respublikada gənclər təşkilatlarının rolunun danılmaz olduğunu nəzərə alaraq Azərbaycan Ordusu da belə gənclər təşkilatlarının birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil və tikinti müəssisələrində yaradılmasını qarşısında məqsəd qoyubdur. Azərbaycan Ordusunda Gənclər təşkilatını təmsil edən Gənclər Birliyinin yaradılması artıq günün tələbidir.

Azərbaycan Respublikasının müstəqilliyinin 28-ci ilinin dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.

"Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl etmək də əsl vətəndaşlıqdır.

Dövlət sirri təşkil edən hərbi sahəyə aid məlumatların kütləvi informasiya vasitələrində, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması qəbuledilməzdir. Belə halların qarşısını almaq, təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zonada) təhlükəsizlik tədbirlərini gücləndirmək mühafizələrinə xüsusi əhəmiyyət kəsb edən obyektlərin və hərbi hissələrin yerləşmə yerləri, strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətin sayı barədə məlumatların məxfi saxlanılması dövlət əhəmiyyətli bir məsələdir.

Hazırda informasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi proseslərinin smart əl telefonlarından və ya internetdən istifadə etməklə həyata keçirilməsi imkanı konfidensial (gizli) informasiyanın asanlıqla düşmənin əlinə keçməsi təhlükəsini artırır. İnformasiya təhlükəsizliyinin təmin edilməsinin əsas şərtlərindən biri informasiyanın konfidensiallığının (gizliliyinin) təmin edilməsi məsələsidir. İnformasiya resurslarından istifadə edən hər bir hərbi qulluqçu hissə və bölmələrə aid olan informasiyanın konfidensiallığını (gizliliyini) qorumaq üçün məsuliyyətlərini dərk etməli, bu hallara yol verənlərə qarşı amansız olmalı və öz vətəndaşlıq mövqelərini ortaya qoymalıdırlar.

Dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Bu səbəbdən də hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri dövlət sirrinin mühafizəsi sisteminin səmərəliliyini artırmalı, dövlət sirrinin mühafizəsinin dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunu öyrənməli və təhlil etməli, dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarını müəyyənləşdirib müvafiq tədbirlər hayata keçirməlidirlər.

Həmçinin hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri hərbi hissələrdə keçirilən açıq tədbirlər və kütləvi informasiya vasitələri üçün hazırlanan materialların qabaqcadan Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə razılaşdırılmasını təşkil etməlidirlər.

Dövlətin təhlükəsizliyinin təmin olunmasında onun hər bir vətəndaşının rolu vacibdir.

Ona görə də Azərbaycan Respublikasının hər bir vətəndaşının, əsasən də cəbhəboyu zonada yaşayan vətəndaşların dövlət sirri təşkil edən məlumatları yayan, eləcə də dövlət sirri təşkil edən məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə verən, yaxud vermək məqsədi ilə oğurlayan, toplayan və ya saxlayan şəxslər barədə yaxınlıqdakı hərbi hissələrə, yerli hüquq mühafizə orqanlarına və təhlükəsizlik orqanına məlumat vermək müqəddəs borcudur.

Vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədyönlü və sistemli iş aparılmalıdır. Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır.

Vətənin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın düşmən işğalından azad edilməsi naminə çalışmaq üçün gənc hərbi qulluqçuların müəyyən hərbi ixtisasa sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, hərbi təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, hərbi xidmətdə yoldaşlarına nümunə olması və Vətənin keşikçisi adını uca tutması çox vacibdir. Vətəni sevmək, onun ərazi bütövlüyünü, maddi və mənəvi sərvətlərini düşmənlərdən qorumaq, iqtisadi və hərbi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək düşmən təxribatlarının qarşını almaq hər bir Azərbaycan vətəndaşı kimi hamının müqəddəs borcudur.

Son vaxtlar orduya göstərilən qayğı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənc hərbi qulluqçularda vətənpərvərlik hisslərinin artmasına son dərəcə müsbət təsir göstərir. Buna əyani olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 13 fevral 2019-cu ildə Beyləqan rayonu ərazisində yeni inşa edilmiş hərbi hissədə hərbi hissənin şəxsi heyəti üçün sosial-yaşayış və hərbi xidməti ilə əlaqədar yaradılmış şəraitə yüksək qiymət verməsini misal gətirmək olar.

Son illər şəxsən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi qulluqçuların sosial-məişət və yaşayış şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə sistemli tədbirlər yüksək templə həyata keçirilməkdə davam etdirilir.

Azərbaycan Ordusunun gündən-günə güclənməsi, yeni müasir silahlarla təchiz edilməsi, qoşun, birlik və birləşmələrin keçirilən hərbi təlimlərdə yüksək döyüş hazırlığı göstərməsi, ölkəmizin hərbi qüdrətinin dünyada artması və Qarabağ probleminin həlli məsələsində təşəbbüsü ələ alması Ermənistanı və onun havadarlarını daha çox narahat etməyə başlamışdır.

Ordunun döyüş və mənəvi-psixoloji hazırlığı, xalq və ordu vəhdəti işğal altında olan torpaqlarımızın azad olmasına yaxınlaşdırır. Azərbaycan Ordusunun gücünü onun xalqına, dövlətinə sədaqəti və Vətəninə sevgisi təşkil edir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SQ   Ordu   Dövlət-sirri  

Hərbi qulluqçuların vətənpərvərlik tərbiyəsi və dövlət sirrinin qorunmasında şəxsi heyətin rolu

2019/03/20af7-1552454549.jpg
Oxunub: 939     16:20     13 Mart 2019    