Qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO+FOTO
Oxunub: 5467
18:01
11 Mart 2019
Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.