Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistanın Armavir vilayətinin Zartonk kənd əhalisi yerli kənd icra başçısının istefası tələbi ilə kənd icra nümayəndəliyinin qarşısına toplaşıblar.
Bildirilir ki, kənddə təhlükəli vəziyyət yaranıb və yeri əhali 23 illlik kənd icra nümayəndəsi Paruyr Sarkisyanın istefa verməsini tələb edirlər.
Etirazçılar bildirir ki, Paruyr Sarkisyan heç bir iş görmədən 23 ildir kənd camaatının qanını içir.
"İcra nümayəndəliyinin rəhbəri aprel döyüşlərinin iştirakçıları da daxil olmaqla, bir çoxlarının vəsaitini mənimsəməkdən başqa bir iş görmür", - deyə etirazçılar qeyd ediblər.
Aprel döyüşlərinin iştirakçılarının adına yazılaraq, maddi vəsaitlərin mənimsənilməsinə dair faktlara malik olan etirazçılar dərhal onun könüllü istefasını tələb edirlər.
Alpər Mövludoğlu
Ordu.az