"Sehrli çubuq Paşinyanı birdəfəlik tərk edib" - Şarmazanov

2019/03/56756-1551876192.jpg
Oxunub: 22269     16:40     06 Mart 2019    
"Mənzərələr və tamaşalarla xalqı qidalandırmırlar. Paşinyan isə vəd edilmiş çörəyi vermək iqtidarında deyil".

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov "Facebook" səhifəsində yazıb.


O, artıq sehrli çubuğun Paşinyanı birdəfəlik tərk etdiyini bildirib:

"2 gündən sonra Paşinyanın Baş nazir seçilməsinin 10 ayı tamamlanır. Bu 10 ay müddətində vəd etdiyi və həyata keçirdiklərinə nəzər salaq.

10 ay əvvəl Paşinyan çıxışlarında sıçrayış inkişafı, kasıbçılığın kəskin azalmasını, iş yerlərinin açılmasını, ədalətin həyata keçirilməsini, layiqli xarici siyasət, siyasi təqibin istisna edilməsini və beləcə davamlı vədlər verirdi.

O, bütün bunlara sehrli çubuqla nail olmalı idi.

10 ay keçdikdən sonra qeydə alınanlar...

Nəinki sıçrayış inkişafı yoxdur, iqtisadiyyat devrilib.

Nəinki insanların əmək haqqlarını artırmırlar, hətta minlərlə insan iş yerlərindən məhrum olub.

Paşinyan, böyük danışır və sərmayə axını vəd edirdi. Hanı o vəd edilən sərmayələr, yenə də yoxdur.

Artıq qırmızı xətlər və kameralar barədə unudub.

Bu Paşinyanın həyata keçirmədiyi vədlərinin cüzi bir hissəsidir.

Əvəzində isə, Paşinyanın məqsədsiz və səmərəsiz səfərləri, o cümlədən onun rejimi tərəfindən səhnələşdirilən uğursuz mənzərələr kəskin artıb.

Mənzərələr və tamaşalarla xalqı qidalandırmırlar. Paşinyan isə vəd edilmiş çörəyi vermək iqtidarında deyil.

Paşinyandan hətta onun sehrli çubuğu da uzaqlaşıb.

Hökumətdə fəaliyyətszilik hökm sürür. Erməni parlamentində isə hökumətin attaşeləri olmadıqlarını hələ də dərk etmirlər".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin