Azərbaycan SQ uzaqmənzilli raket sistemləri ilə təchiz edilib - HESABAT

2019/03/34534-1551855102.jpg
Oxunub: 24041     10:34     06 Mart 2019    
Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır.

Ordu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd olunub ki, Silahlı Qüvvələrin ən müasir sistemlərlə, o cümlədən uzaqmənzilli (300 km-dan artıq) yüksək dəqiqlik və dağıdıcı gücə malik raket sistemləri, ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri ilə və s. təchiz edilməsi işləri həyata keçirilib.

Hesabatda, Ordumuzun silah arsenalının daha da gücləndirilməsi üçün müasir silahların alınması istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   SQ   Raket-sistemləri  


Bizi "telegram"da izləyin