Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Jan Klod Yunkerlə birgə keçirdiyi konfransda bildirib.
Jurnalistlər, Paşinyana "İlham Əliyevlə görüşlərində dərc edilə biləcək, yeni məqamlar varmı?" deyə sual ünvanlayıblar.
"Bilirsiz, bizim təmaslarımız qeyri-rəsmi xarakter daşıyıb. Biz əslində Qarabağ məsələsinin nizamlanması üzrə yollar və vasitələrdən ümumiyyətlə danışmamışıq. Beləliklə, əlavə etmək üçün bir şey olduğunu soruşmaqla, sualınızda bir az yanlış anlaşılma var. Biz hələ müzakirəyə yeni başlamalıyıq. Tehranda dediyim kimi, qarşıdakı görüşümüz format ətrafında müzakirələrə həsr olunacaq. Bizim mövqeyimiz dəyişməyib və belə düşünürük ki, məsələni səmərəli həll etmək üçün ilk növbədə Dağlıq Qarabağın (qondarma qurum-red.) danışıqlar prosesinə qoşulmasını təmin etmək məqsədi daşıyan effektiv format yaratmaq lazımdır", - deyə Paşinyan bildirib.
Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Hanla birgə keçirdiyi mətbuat konfransında da eyni sözləri deyən Paşinyanın sözləri keçərli olmayıb.
Belə ki, Han Paşinyanın dedikləri ilə razılaşmayıb. O, konfliktin həlli üçün nəzərdə tutulan hazırkı formatın saxlanılmasının gərəkdiyini bildirib.
Komissar, həmçinin Paşinyanın Baş nazir olduğu zamanda Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında baş tutan danışıqların proqress olduğunu bildirib: "Söhbət bizim dəstəyimizdən gedəndə, düşünürəm ki, ən yaxşısı indiki formatı saxlamaqdır. Yenilik xatirinə yeni nəsə yaratmağa ehtiyac yoxdur".
Alpər Mövludoğlu
Ordu.az