Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan 4 erməni hərbçinin ölüm faktına dair məlumatın gizlədilməsi barədə açıqlama verməyə məcbur olub.
"Bu məlumat verməmək mənası daşımır. Kim deyir ki, bunu ilk növbədə bizim saytda yerləşdirmək lazımdır? Mənim elə bir öhdəliyim yoxdur", - deyə Hovhannisyan əsəbi şəkildə suallardan yayınıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi 2019-cu ilin keçən 2 aylıq dövrü ərzində bəzi ölən hərbçilər barədə məlumatları gizlədib.
Alpər Mövludoğlu
Ordu.az