Ordu.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna verdiyi müsahibəsində bildirib.
Onun fikrincə, hər iki element müzakirə mövzusunun bir hissəsi olmalıdır. Eyni zamanda, sülhməramlı qüvvələr, qaçqınların və daxili köçkünlərin qayıtması məsələsini müzakirə etmək lazımdır.
"Kommunikasiyaların məsələsinin müzakirə edilməsi zəruridir. Bir elementi seçib, münaqişənin həlli bundan asılıdır deyilməsi mümkün deyil. Beləliklə danışıqlarda hər şey razılaşdırılmadan, heç nəyin razılaşdırılmadığı fikri tez-tez səsləndirlir. Hər şeyi razılaşdırmaq vacibdir. Əgər qarşılıqlı etimadın formalaşdırılması üçün atılan kiçik addımlar kənara qoyularsa, o zaman hər iki rəhbər bu problemləri qaldırmalı və bütün problemləri əhatə edən tam sənəd paketini razılaşdırmalıdırlar", - deyə Uorlik vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az