Hərbi sursat satan erməni hərbçi tutulub

2019/03/ermni-1551426501.jpg
Oxunub: 22957     11:53     01 Mart 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında silah sursatın və hərbi əmlakın oğurlanması, satılması ilə bağlı açılan cinayət işlərinin sayı çoxalmaqda davam edir.

Ordu.az xəbər verir ki, 5-ci dağ atıcı alayın mühəndis-istehkam bölməsində xidmət edən hərbi qulluqçu Karen Sarkisyan oğurladığı partlayıcı maddəni, hərbi əşya-əmlakını və ərzağı satarkən tutulub.

Hərbi qulluqçu K. Sarkisyan balıqçılara satdığı partlayıcı maddənin puluna bölmənin bəzi məsrəflərini ödədiyini deyib.

Bu işdə daha kimlərin əli olduğunu müəyyən etmək məqsədilə faktla bağlı araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Oğurluq  


Bizi "telegram"da izləyin