Strateji innovasiya və böyük güc yarışı

2019/02/20140-1549957489.jpg
Oxunub: 742     11:43     12 Fevral 2019    
Kəskin dəyişiklərin baş verdiyi bir dövrdə, ABŞ-ın Milli Müdafiə Strategiyası müharibənin xarakterinin bu dəyişikliklərə uyğun olaraq transformasiya olduğunu bildirir. Daha dəqiq desək, bu strategiya qabaqcıl hesablama, böyük data, süni zəka, avtonomiya, robotiks, istiqamətləndirilmiş enerji, hipersəs silahları və biotexnologiyanı “gələcəyin müharibəsini qazana biləcəyimiz texnologiyalar” olaraq təyin edir. Bu texnologiyaların ortaya çıxması və kəsişməsi hazırkı hərbi güc paradiqmasını öncədən görülə bilməyən istiqamətlərdə dəyişə bilər. Əlavə olaraq, bu texnologiyaların bir çoxunun inkişafının əsasında kommersial təkmilləşmələr dayandığı üçün onların qarşılıqlı əlaqəsi daha sürətlə baş verir və məhdudlaşdırmaq mümkün olmur. Xüsusilə də, ideyaların sərbəst mübadiləsi və sərhədləri aşan istedadlar ilə.

Yaxın zamanlarda, ABŞ-ın hərbi dominantlığının əsas təməl daşı onun hərbi-texniki üstünlüyü olub. Lakin bu günün trendləri, xüsusilə Çinin elmi güc mərkəzi kimi yüksəlişi nə ABŞ-ın, nə də başqa bir aktorun dominantlığına icazə vermir və bu sahədə siyasətin zəif seçilməsi geridə qalmağa gətirib çıxara bilər. Deyə bilərik ki, ABŞ-ın güc yarışındakı gələcəyi onun innovasiya sahəsində lider qalmasından və elm sahəsində milli yüksəlişindən keçəcək. Yalnız əməliyyat konsepsiyasında innovasiyanı tətbiq edən və bunda davamlılığa malik olan millətlər gələcəyin qalibi olacaq.

ABŞ-ın Çin və Rusiya ilə uzunmüddətli strateji əməkdaşlığa prioritet sahə kimi baxması ilə, innovasiya gələcəyin güc rəqabəti üçün yeni ön cəbhəyə çevrilib. Milli Müdafiə Strategiyası Çini “hərbi agendası yaxın gələcəkdə regional hegemoniyaya sahib olmaq, uzaq gələcəkdə isə ABŞ-ı rəqabət məkanından uzaqlaşdıraraq qlobal dominantlığa sahib olmaq olan bir ölkə” kimi müəyyən edib. Bu isə ABŞ-ın tarixi bir çətinliyə verdiyi strateji oriyentasiya dəyişikliyi olaraq dəyərləndirilir.

ABŞ-ın hərbi rəqabətcilliyinin gələcəyi innovasiya sahəsində lider qalmaqla mümkün olacaq. Çin artıq super hesablama sahəsində dünyanın ən sürətli iki kompüteri “Sunway TaihuLight” və “Tianhe-2” vasitəsilə dominantlığa sahib olub. Hazırda isə ölkə həm dinamik rəqəmsal iqtisadiyyat yaratmaq, həm də müdafiə məqsədləri üçün milli böyük data strategiyasını izləyir. Süni zəkanın prioritet listində ilk sıraya yerləşməsi ilə, Çin 2030-cu ildə dünyanın süni zəka innovasiya mərkəzi olmasını təmin edəcək strategiyalar tətbiq edir, hərbi və kommersial istifadə üçün növbəti nəsil süni zəka tətbiqetmələri hazırlayır. Hərbi robotlar sahəsində böyük yol qət edən Çin, pilotsuz sistemlərlə avtonomluğa da nail olmağa çalışır. Çinin müdafiə sənayesi istiqamətləndirilmiş enerji silahları, lazerlər və yüksək güclü mikrodalğa silahlarında inkişafa nail olur. Çin Xalq Azadlıq Ordusu ən son olaraq DF-17-ni test etməklə hipersəs avadanlıqlarına və mühərriklərə nə qədər əhəmiyyət verdiyini göstərdi. Bundan başqa, ölkədə biotexnologiya və genetika sahəsinə milyardlarla dollar investisiya qoyulur. ABŞ Milli Strategiyasında qeyd edilməsə də, Çində transformativ tətbiqetmələri olacaq kvant elminin də inkişaf etdiyi məlumdur. Kvant kriptoqrafiyası, kvant kommunikasiyası, kvant hesablama, kvant həssaslığı və metrologiyası bunlardan sadəcə bir neçəsidir.

Çinin “elm və texnologiya super gücünə çevrilmək” ambisiyası dövlət tərəfindən idarə edilən innovasiya modeli ilə reallığa çevrilməkdədir. Bu, “milləti innovasiyaya çevirmək” gündəmi strateji məqsədləri olan uzunmüddətli planlama, tədqiqat və investisiyanı özündə ehtiva edir. Çinin “texnomilliləşmə” ənənəsi və “2 bomba, 1 peyk” kimi layihələri milyardlarla dollara başa gəlsə də, texnologiyanın inkişafını qabaqcıl yerli innovasiyaya çevirməyə imkan verir. Bu günə qədər, texnologiya köçürmələrinin qanuni və qanunsuz formaları Çin hərbi modernizasiyasının əsas imkanları olub. Lakin, Çin Kommunist Partiyası və Çin Xalq Azadlıq Ordusu yalnız yerli deyil, hər növ innovasiyadan istifadə edərək inkişaf edən texnologiyalar sahəsində öncüllük etməyə çalışır.

Ən son Milli Elm İdarəetmə Heyəti hesabatına görə, Çinin tədqiqat və araşdırma xərcləri 2015-ci ildə bütün dünyadakı belə xərclərin 21%-ni təşkil etməklə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb. İllik maliyyələşmə artımı isə 18%-dir və bu sürətlə davam edərsə, ABŞ-ı ötməsi uzaq deyil. Bundan əlavə, Çində elmi tədqiqatların həm kəmiyyət, həm də keyfiyyət baxımından artdığına dair sübutlar var. 2018-ci il etibarilə Çin ABŞ-dan dünyanın ən çox elmi məqalələr nəşr edilən ölkəsi titulunu aldı. 2017-ci ildə isə Çinin süni zəka startapı “Malong Technologies” kompüter görüşünü süni zəka ilə idarə edən sistem yaradaraq “WebVision” yarışmasının qalibi oldu. Ölkənin üz tanıma sahəsində startapı “Yitu Tech” isə öz layihəsi ilə Beynəlxalq Qabaqcıl Layihələr Agentliyi tərəfindən birinci yerə layiq görüldü. Eyni zamanda, Çinin biotexnologiya sahəsinə təxminən 100 milyard dollar investisiya yatırdığı düşünülür. Çində artıq genetikanın dəyişdirilməsi üzrə CRISPR sistemi insanlar üzərində sınaqdan keçirilməkdədir.

Kvant İnformasiya Elmi üzrə Milli Laboratoriya dünyanın ən böyük kvant araşdırma mərkəzi olacaq. Çin ordusunun istifadə edə biləcəyi kvant hesablama sistemlərinə və digər kvant texnologiyaları üzərində işləmək üçün 1 milyard dollar başlanğıc investisiyası edilib.

Sözügedən texnologiyaların kommersial sahədə istifadə ediləcəyi məlumdur, böyük ehtimalla, onlar müdafiə sənayesindəki müxtəlif tətbiqetmələrdə də istifadə ediləcək.

Çinin ambisiyalı hərbi modernizasiya agendası və müdafiə innovasiyası strategiyası “hərbi-mülki əməkdaşlığı”, yəni akademiya, sənaye və hərbi qurumlar arasında, xüsusilə də, ikili istifadə edilən texnologiyalar barəsində qarşılıqlı əməkdaşlıq yaratmağı nəzərdə tutur. Çin şirkətləri innovasiya mühərriki halına gəldiyi üçün dövlət milli çempionlar kimi onların dinamizmindən istifadə etməyə çalışır. Bu sahədə Çin Kommunist Partiyasının “Hərbi-Mülki Əməkdaşlıq” İnkişaf Komissiyası tərəfindən yüksək səviyyəli fokus olduğuna görə sözügedən əməkdaşlıq reallığa çevrilir. 2017-ci ildə Si Tsinpinqin özünün liderliyi ilə yaradılmış bu komissiya kommersial və müdafiə şirkətləri arasında mövcud olan ənənəvi baryerləri yıxmağı hədəfləyir. Məsələn, “Tsinghua” universiteti süni zəka və digər inkişaf etməkdə olan texnologiyaların ikili istifadəsinə imkan verəcək bir platforma olan “Hərbi-Mülki Əməkdaşlıq Milli Yüksəliş Texnologiyaları”nı yaradıb. Silikon Vadisini əvəzlədiyi düşünülən Pekin Koquanhan Milli İnnovasiya Nümayiş Zonası da bu agendadan çıxış edir. Belə struktural yanaşma Çin Xalq Azadlıq Ordusuna kommersial təkmilləşmələrin dərhal hərbi sahə üçün istifadə edilə biləcəyindən əmin olmağa şərait yaradır.

ABŞ modelli innovasiya isə özəl sektora elm və müdafiə innovasiyasının aparıcısı kimi baxır. Doğrudur ki, ABŞ şirkətləri bir çox əsas elm domeynlərində qlobal liderlərdir və onlar tədqiqat və araşdırma işlərinə nəhəng miqdarlar xərcləyir. Məsələn, ötən il “Amazon” 16,1 milyard, “Alphabet” 13,9 milyard, “Intel” isə 12 milyard dolları təkcə araşdırma işləri üçün xərcləyib. Bunları nəzərə alaraq, özəl maliyyələşmə və investisiyaların uzunmüddətli dinamizm yaratmaqda və Çində baş verən sürətlə innovasiyada milli rəqabətcilliyi artırmaqda nə qədər effektiv olacağını sorğulamaq lazımdır.

Kommersial investisiya sürətlə artsa da, yüksək riskli işlər üçün dəstək əskikliyi hiss edilə bilər. İlkin mərhələdə olan araşdırmalar adətən qısa müddətdə əllə tutulan nəticələrə, tətbiqetmələrə gətirib çıxarmır. Ənənəvi olaraq isə bu boşluğu doldurmaq üçün dövlət dəstəyi şərtdir. ABŞ-ın tədqiqatlar üçün ayırdığı xərclərinin azalması, büdcə kəsirləri və tutarsızlıqlar uzun müddətdə ABŞ-ın rəqabətcilliyini sual altına qoyacaq innovasiya defisiti yarada bilər. Bundan əlavə, ABŞ-da ibtidai elm təhsili ilə bağlı zəifliklər narahatlıq doğurur, çünki innovasiyanın həyata keçirilməsində insan istedadı əhəmiyyətli strateji resursdur.

İroniya orasındadır ki, Çinin hazırkı səyləri Soyuq Müharibə dövründə ABŞ-ın Sovetlərin “Sputnik” peykini orbitə göndərməsi ilə kosmos yarışında yaranan rəqabət zamanı göstərdiyi cəhdlərindən ilham alıb. Həmin vaxt ABŞ federal maliyyələşməni artırmaqla qalmamış, elm təhsilinin bütün səviyyələrdə strateji əhəmiyyətinin tanınmasına da gətirib çıxarmışdı. Mövcud olan bütün istedaddan yararlanılması elm və müdafiə sahəsində köklü dəyişikliyə səbəb oldu. Qadın kriptoqraflardan tutmuş, qaradərili riyaziyyatçılar qədər hər kəs bu mübarizədə iştirak etdi. Lakin, buna baxmayaraq, bu gün ABŞ hökumətinin innovasiya idarəçiliyinə təsiri azalıb. Pentaqon yeni nəsil texnologiyalar üçün Silikon Vadisindən addım gözləyir. ABŞ-da daşlaşan kommersial və müdafiə əməkdaşlığı isə bu gün Çində inkişaf edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İnnovasiya   Güc-yarışı  

Strateji innovasiya və böyük güc yarışı

2019/02/20140-1549957489.jpg
Oxunub: 743     11:43     12 Fevral 2019    