“Sasna Tsrer”: Suriyada Rusiya ilə əməkdaşlığa girmək təhlükəsizliyimizə təhdiddir

2019/02/image-1549709993.jpg
Oxunub: 750     17:58     09 Fevral 2019    
“Suriyada Rusiya ilə asossasiyaya girmək Ermənistanın təhlükəsizliyini təhdid edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Sasna Tsrer” partiyası bəyanat yayıb.

Rəsmi mənbələrə əsasən, Suriya xalqına humanitar yardım göstərilməsi məqsədilə fevralın 8-də minadan təmizləmə, həkim və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət ümumi sayı 83 nəfər olan humanitar qrup ötən gün Suriya Ərəb Respublikasının Hələb şəhərinə çatıb.

Rusiyanın Suriyada hərbi siyasi müdaxiləsi çərçivəsində və onun himayəsi altında həyata keçirilən bu təşəbbüslə əlaqədar keçən dəfə yayılan bəyanatda, Suriyada Rusiya ilə asossasiya yaratmaqla Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə təhdid yaranacağına dair narahatlıqlarını ifadə etdikləri və Ermənistan hakimiyyətinə bundan uzaq durmaqla bağlı çağırış etdikləri xatırladılıb.

Bəyanatda, hazırda Ermənistan hökumətinin Rusiyanın müstəmləkəçiliyinin aradan qaldırılması və onunla layiqincə münasibətlərin qurulması zərurətini görməməsi və Rusiyanın müstəmləkəçiliyi olaraq köhnə rejiminin xarici siyasətini davam etdirməsi təəssüflə qeyd edilib və bunun nəticəsində xarici siyasət sahəsində müstəqillikdən imtina etməyin fəlakətli nöqtəsinə daha yaxınlaşıldığı vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: SasnaTsrer   Rusiya   Suriya  

“Sasna Tsrer”: Suriyada Rusiya ilə əməkdaşlığa girmək təhlükəsizliyimizə təhdiddir

2019/02/image-1549709993.jpg
Oxunub: 751     17:58     09 Fevral 2019    