Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda seminar keçirilib - FOTOLAR

2019/02/photo-1549692725.jpg
Oxunub: 514     10:10     09 Fevral 2019    
Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq fevral ayının 7- də Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda “Vətən sərhəddən başlayır – sərhədlərimiz milli dəyərimizdir” mövzusunda seminar keçirilib.

DSX-nin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində keçirilən seminardan öncə hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olub və Dahi Öndərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminarda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bəbirovun iştirakı ilə keçirilən seminarda bildirilib ki, bu tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi, onları Vətəninə, onun sərhədlərinə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək, gənclərdə sərhədçi peşəsinə marağı artırmaq, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv tədbirlərlərin həyata keçirilməsidir.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorun­ması, Azər­baycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd müha­fi­zəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nın Sərhəd Qoşunlarına həvalə olunmasının isə şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndiriblər. Eyni zamanda sərhədlərimizin mühafizəsinin təşkili zamanı şücaət göstərmiş sərhədçilərimizin qəhrəmanlıqlarından danışılıb və onların göstərdikləri igidliklər hər bir gəncə, sərhədçiyə örnək olması xüsusi olaraq vurğulanıb.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.

Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Seminar  

Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda seminar keçirilib - FOTOLAR

2019/02/photo-1549692725.jpg
Oxunub: 515     10:10     09 Fevral 2019    