Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulması ilə əlaqədar etiraz aksiyası başlayıb.
Ordu.az xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasında azərbaycanlılarla yanaşı gürcülər də iştirak edirlər.
Əllərində Gürcüstan və Azərbaycan bayraqlarını tutan etirazçılar Mikail Avakyanın abidəsinin sökülməsini tələb edirlər.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Gürcüstan
Etiraz