Ermənistanla qondarma qurumun “siyasi elitası” arasında boşluq artır

2019/02/37d30-1549625636.jpg
Oxunub: 1004     15:31     08 Fevral 2019    
Ermənistan və qondarma qurumun “siyasi elitası” arasındakı boşluq artmaqdadır.

Ordu.az “Hraparak”a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan apardığı siyasətlə, Qarabağ məsələsindən qondarma qurumu təcrid edib.

“O, bir tərəfdən qondarma qurumun danışıqlar prosesinin tərəfi olması üçün hər şey edəcəyini bəyan edir, digər tərəfdən özü qondarma qurumun “rəhbərliyi” ilə əlaqələri kəsir”, - deyə məlumat verən mənbə bildirib.

Nəzərə alaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Qarabağ məsələsi ilə bağlı xaricdə aparılan bütün mühüm xarici görüşlərdən öncə və sonra işğal altında olan Qarabağa gedərək yerli “elita” ilə görüşə dair bir ənənə formalaşdırmışdı, Nikol Paşinyan isə belə siyasi müzakirələr və görüşlərdən imtina edir.

Qondarma qurumun “hakimiyyəti” ilk vaxtlarda onun xeyir-duasını qazanmaq üçün əlindən gələni edirdisə, bir müddət sonra başqa bir taktika seçdilər. Onlar bundan sonra “daxili” həmrəyliyi qoruyub saxlamaq və onların “daxili” həyatına müdaxilə ediləcəyi təqdirdə, məsələn Samvel Babayanın “torpağı təhvil verənlər” məsələsi ilə bağlı ittihamından sonra baş verdiyi kimi Ermənistan rəhbərliyinə sərt cavab verməyə qərar veriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanla qondarma qurumun “siyasi elitası” arasında boşluq artır

2019/02/37d30-1549625636.jpg
Oxunub: 1005     15:31     08 Fevral 2019    