“Rus hərbçinin cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciət qəbul edilib” - Sakunts

2019/02/23545-1549622320.jpg
Oxunub: 1036     14:33     08 Fevral 2019    
“Təqsirləndirilən rus hərbi qulluqçu Andrey Razqildeyevin yerinin dəyişdirilməsi ilə bağlı müraciət məhkəmə tərəfindən artıq qəbul edilib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts dekabrın 2-də Gümrü şəhərində döyülərək öldürülən 57 yaşlı Culietta Quqasyanın cinayət işinin gedişatı ilə bağlı məsələni şərh edərkən deyib.

O qeyd edib ki, qətl hadisəsi üzrə istintaq davam edir və təqsirləndirilən rus hərbi qulluqçu Andrey Razqildeyevin yerinin dəyişdirilməsi ilə bağlı müraciət məhkəmə tərəfindən qəbul edilib.

“Biz rəsmi yazılı cavab almasaq da, öyrənmişik ki, məhkəmə bunu qəbul edib. Yazılı rəsmi məlumat aldıqda bildirəcəyik”, - deyə Artur Sakunts vurğulayıb.

Xatırladaq ki, söhbət təqsirləndirilən rus hərbi qulluqçunun rus hərbi bazasından Ermənistanın cəzaçəkmə müəssisəsinə köçürülməsindən gedir. Culietta Quqasyan 2 dekabr tarixində səhər tezdən Gümrü şəhərinin Slabotka məhəlləsində öldürülüb. O, həmin vaxt iş başında olub. 1961-ci il təvəllüdlü qadın küçə təmizləməklə məşğul olurdu. Xəstəxanaya aparılarkən yolda ölən qadına politravma, qapalı kəllə beyin xəsarəti, döş qəfəsinin qapalı xəsarəti, travmatik şok və koma diaqnozları qoyulub. Hadisə ilə bağlı Ermənistan cinayət məcəlləsinə əsasən cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sakunts   102-baza  

“Rus hərbçinin cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciət qəbul edilib” - Sakunts

2019/02/23545-1549622320.jpg
Oxunub: 1037     14:33     08 Fevral 2019    