"Sakunts" sözünə uyğun 55 nəticə tapıldı!

HVAVO: Ombudsman Razvildeyevin saxlanma şəraiti ilə hələ də tanış olmayıb

2019/06/00-21-1559972258.jpg
Oxunub: 736     10:00     08 İyun 2019    
“İnsan haqları müdafiəçisi 102-ci rus hərbi bazasında saxlanılan Razvildeyevin saxlanma şəraiti ilə hələ də tanış olmayıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan insan haqlarının müvəkkili, 2018-ci ilin dekabr ayında Z. Qukasyanın ölüm faktı üzrə öz təşəbbüsü ilə müzakirələrə başlasa da, bugünədək təqsirləndirilən Razqildeyevə, onun saxlanma şəraitinə baş çəkməyib.

Bu məsələ ilə əlaqədar Qukasyanın varislərinin nümayəndəsi Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisinin sədri Artur Sakunts, təşkilatın vəkilləri Arayik Zalyan və Hayk Hakopyan insan haqları müvəkkilinə 2019-cu il yanvarın 21-də müraciət ediblər. Lakin Ombudsman ofisindən bildirilib ki, müraciət araşdırılır.

İnsan haqları müvəkkili 2018-ci il dekabrın 14-dən öz təşəbbüsü ilə müzakirə proseduruna başlayıb və müvafiq istintaq orqanından açıqlamalar tələb edib.

Bu istiqamətdə Ombudsman administrasiyasının təşəbbüs göstərdiyi fəaliyyətlər haqqında məlumat almaq üçün zərərçəkənin nümayəndələri təkrarən 2019-cu il aprelin 19-da Ombudsmana müraciət ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HVAVO   Razqildeyev