"Erməni mütəxəssislərdən ibarət 83 nəfər Suriyaya çatıb" - Hovhannisyan

2019/02/34534-1549612262.jpg
Oxunub: 14961     11:46     08 Fevral 2019    
"Fevralın 8-də minadan təmizləmə, həkim və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət ümumi sayı, 83 nəfər olan qrup Suriya Ərəb Respublikasının Hələb şəhərinə çatıb".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb.

Suriyada Ermənistan mütəxəssislərinin yerləşdirilməsi və təminatı məsələləri Rusiya tərəfinin dəstəyi ilə həyata keçirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Suriya  


Bizi "telegram"da izləyin