Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşən aprel döyüşləri iştirakçılarının birliyi “Dirkapah” (mövqe qoruyanlar) ictimai təşkilatının rəhbəri Manuel Manukyan danışıb.
O bildirir ki, ölənlərin ailə üzvləri diqqətdən kənar qalıb, müraciət və xahişlərinə baxılmır. Onlar nə qədər gözləsələr də, qəbul edilmirlər, zənglərinə cavab verən yoxdur.
Onun sözlərinə görə, diqqətsizlik, qayğıdan kənar qalma ildən-ilə artır. 2016-da münasibət fərqli olsa da, sonrakı illərdə təmamilə daha da dəyişib. Manukyan bildirib ki, 10 gün ərzində Ermənistan Müdafiə Nazirliyinə zəng edir, lakin cavab verən olmur.
“Növbəti, on birinci gün kimsə cavab verir və başqa nömrəyə yönləndirir. Bundan sonra isə daha on gün həmin nömrəyə cavabsız zənglər dövrəsi başlayır. “Facebook” səhifəsinə yaziram, birazdan biri zəng edir ki, görürsən cavab verən yoxdur, niyə yazırsan deyə irad bildirərək, yalnız niyə yazmışam, deyə sorğu-sual edirlər, amma soruşan yoxdur ki, niyə zəng etmisən, niyə yazmısan, dərdin nədir? Bunu deyən kimi telefonu yenə söndürürlər”, - deyə o bildirib.
Bunları deyərkən, Manukyan bir tərəfdən də Ermənistan Müdafiə Nazirliyinin göstərdiyi sosial qayğı sahəsindəki “fəaliyyətini” işıqlandırır.
“Dirkapah”ın digər üzvü Davit Ohancanyan isə aprel döyüşləri iştirakçılarının problemlərindən danışaraq qeyd edib ki, aprel döyüşləri iştirakçılarının bir qisminin hərbi biletində müharibədə iştirakı barədə qeydlər yoxdur.
Komissiya təşkil edilməsi, aprel döyüşləri dövründəki komandirlərin çağrılaraq kimin nə vaxt, harda olmasının araşdırılmasını təklif ediblər. Bu yolla məsələnin həllinə tərəfdar olan müharibə iştirakçıları, tibbi müayinə və müalicə ala bilmədiklərini qeyd edib.
İctimai təşklatın rəhbəri Manuel Manukyan qeyd edir ki, nazirliklərin biri digərinin üzərinə ataraq süründürməçilik etməklə, biri Səhiyyə, digəri Təhsil, o biri Müdafiə Nazirliyinə müraciət edilməsini məsləhət görməklə işini yekunlaşdırır. Lakin aprel döyüşləri iştirakçılarının problemləri həll edilmir və məsələ sonsuzadək uzanır.
Alpər Mövludoğlu
Ordu.az