Birlik birinciliyi uğrunda yarış - FOTOLAR

2019/02/51604-9297265848.jpg
Oxunub: 21727     16:41     07 Fevral 2019    
“N” nömrəli hərbi hissə komandirinin təsdiq etdiyi plana əsasən fevralın 5-də Xocavənd rayonu “AREA” idman kompleksinin zalında güləşin yunan-roma, sərbəst növü və cüdo üzrə tabe hərbi hissələr arasında birlik birinciliyi uğrunda yarışlara start verilib.

Ordu.az xəbər verir ki, qeyd olunan yarış 2017-ci ilin fevral ayında döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş mayor Abdullayev Aqşin İsmayıl oğlu, baş leytenant Nəzərov Şahlar Yaşar oğlu, baş leytenant Haşımlı Tural Əbdül oğlu, MAXE baş çavuş Qədimov Zülfü Rəhim oğlu və əsgər Cəfərov Zakir Nazim oğlunun əbədi xatirəsinə həsr olunub.


Hərbi hissələrin şəxsi heyətinin qatıldığı tədbirdə birlik komandiri general-mayor Mayis Bərxudarov, Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, ictimaiyyət nümayəndələri və digər yerli dövlət təşkilatları iştrak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və vətənimizin azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Dövlət Himninin səsləndirilməsi ilə tədbirı açıq elan edən general-mayor Mayis Bərxudarov fiziki hazırlığın döyüş hazırlığının tərkib hissəsi olduğunu, onun yaxşılaşdırılması üçün keçirilən idman yarışlarının mühüm əhəmiyyətindən danışdı və yarış iştrakçılarına uğurlar arzuladı.


Həmçinin Xocavənd rayonu İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şəhid atası Rəhim Qədimov və şəhidlərin döyüş yoldaşları qürurla şəhidlik zirvəsinin müqəddəsliyindən danışdılar.

Məlumat üçün bildirirək ki, birliyin fiziki hazırlıq üzrə mütəxəssisi mayor Elman Hadiyevin rəhbərlik etdiyi yarışda tabeçilikdə olan hərbi hissələrdən 125 nəfər hərbçi-idmançı iştrak edir. Hərbçi-idmançılar fevarlın 8-dək müxtəlif çəki dərəcələrində birlik birinciliyi uğrunda güclərini sınayacaqdır. Fevralın 9-da isə yarışın yekununda qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.




Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Güləş   Ordu  


Bizi "telegram"da izləyin