Qarabağ münaqişəsi zamanı itkin düşən şəxslərin sayı açıqlanıb

2019/02/91172-1549528806.jpg
Oxunub: 29251     12:38     07 Fevral 2019    
Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500-dən artıq insan itkin düşüb.

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin ( BQXK ) İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli deyib.

O bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nin Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb: "Qalanları isə İrəvan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80%-i hərbçilərdir".

D.Messeri əlavə edib ki, BQXK həyata keçirdiyi bütün layihələri müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır: "Toplanan məlumatlar Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınır. Gələcəkdə eksqumasiya zərurəti yaranarsa həmin baza məlumatlarından istifadə ediləcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   BQXK   İtkin  


Bizi "telegram"da izləyin