Ordumuzda “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir - FOTO

2019/02/a91bb-3098941930.jpg
Oxunub: 15991     18:35     06 Fevral 2019    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində “Kompüter şəbəkəsi inzibatçılığı kursu” keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, qoşunların idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə keçirilən kursda dinləyicilərə Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş müasir rabitə vasitələrinin üstünlükləri və tətbiqi mexanizmi haqqında ətraflı məlumat veriləcək.

Kurs iştirakçılarına kompüter bacarıqlarının artırılması, şəbəkə avadanlıqlarının istismarı üzrə nəzəri biliklərin və praktiki təcrübənin təkmilləşdirilməsi, həmçinin digər mövzulara dair mühazirələr oxunacaq.

Məşğələlərin keyfiyyətli təşkilini təmin etmək məqsədilə müasir tədris-laboratoriyasının bazasından istifadə olunur. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar veriləcək.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu   Kompüter-şəbəkəsi  


Bizi "telegram"da izləyin