"KTMT-yə üzv ölkə rəhbərləri düzgün qərar qəbul edəcəklər" - Sidorov

2019/02/14568-1549453981.jpg
Oxunub: 11554     15:52     06 Fevral 2019    
"KTMT-yə üzv ölkə rəhbərləri, KTMT-nin yeni rəhbərinin təyinatı məsələsində düzgün qərar qəbul edəcəklər".

Ordu.az xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qəraragahının rəisi, general-polkovnik Anatoli Sidorov “Sputnik Armenia” multimedia mərkəzində baş tutan videokörpü zamanı bildirib.

"Hazırda təşkilatın yeni Baş katibinin təyinatı ilə bağlı müzakirələrin hansı mərhələdə olduğuna dair verilən suala", Sidorov belə cavab verib.

"Bu vəzifə Yuri Xaçaturovun Ermənistan tərəfindən geri çağırılmasından sonra boş qalıb. Təşkilatdakı üzv ölkələrin rəhbərləri müdrik və təcrübəli şəxslərdir. Onlar düzgün qərar qəbul edəcəklər. KTMT-nin Birləşmiş Qərargahı işgüzar orqandır və ölkə rəhbərləri tərəfindən qəbul edilən istənilən qərarı yerinə yetirməyə qadirdir".

Xatırladaq ki, KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturov Ermənistanda açılan cinayət işi çərçivəsində noyabr ayının əvvəlində istefaya göndərilib. Təşkilatın Baş katibi vəzifəsinin icrasını Xaçaturovun müavini Valeri Semerikov qəbul edib.

Belarus bu vəzifəyə Stanislav Zasın namizədliyini təqdim edib və təşkilata üzv digər ölkə rəhbərlərinin razılığını əldə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin