Osipyan "Sasna Tsrer" üzlərinin buraxılmasına qarşı çıxdı - Gərginlik artır

2019/02/15403-1549451534.jpg
Oxunub: 29134     15:11     06 Fevral 2019    
"Mən dostlarımı itirmişəm, əgər dostlarımı itimiş olmasaydım, bəlkə də mövqeyim başqa cür olardı, ancaq mən dostlarımı itirmişəm".

Ordu.az xəbər verir ki, bu sözləri erməni hakim Mesrop Makyanın sualına cavab olaraq Ermənistanın polis rəisi Valeri Osipyan deyib.

O, hər bir şəxsin qanunla nəzərdə tutulmuş cəzasını çəkməli olduğunu bildirib.

Hakimin "Məhkəmə sizin dediklərinizi amnistiyanın tətbiq edilməsinə etiraz kimi qəbul edə bilərmi?", deyə dəqiqləşdirmək üçün verdiyi suala Osipyan müsbət cavab verməklə, əlavə edib ki, məhkəmə istintaqı davam etməlidir.

Osipyanın bu sözləri məhkəmə zalında iştirak edənlər arasında əsəbə və gərginliyin yüksəlməsinə səbəb olub.

"Ayıb olsun, budur sizin inqilab?", - deyə zaldakılar etiraz ediblər.

Osipyanın dindirilməsi başa çatıb və o, jurnalistlərin suallarına cavab vermədən məhkəmədən uzaqlaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Osipyan   Sasna-Tsrer  


Bizi "telegram"da izləyin