Ordu.az xəbər verir ki, bunu 5 fevralda Ermənistanın “İctimai” televiziyasında “xəbərlər” bölümünə qonaq olan sabiq Müdafiə naziri Seyran Ohanyan bildirib.
Onun sözlərinə görə, məhkəmə öz qərarını hələ vermədiyinə görə, yuxarıda sözügedən əlaqə haqqında nəsə iddia etmək olmaz. Əmrin tərtib edilməsinə əsas verən məqamlara gəldikdə isə, Ohanyan silahlı qüvvələrin bəzi mənsublarının bu nümayiş mitinqlərinə qoşulması, sıralarında bəzi hərbçilərin də təmsil edildiyi “Yerkrapah” təşkilatının da cəlb edilməsi cəhdlərinə dair məlum iclasda ölkə rəhbəri tərəfindən edilən xəbərdarlığı xatırladıb.
O bildirib ki, həmin iclasada Sarkisyan onların qarşısında iki seçim qoyub: “Siz ya hərbçisiniz, ya da Yerkrapah, bu barədə özünüz qərar verin”.
Seyran Ohanyan bunu birinci təhdid hesab edir. İkinci, təhdid olaraq Milli Təhlükəsizlik Xidmətindən, Daxili İşlər Nazirliyindən daxil olan məlumata əsasən, silah ələ keçirilməsi məqsədilə qruplaşmalar tərəfindən hücumlar gözlənilirdi. Ohanyan bildirib ki, həmin günlərdə Baş Qərargahın binası da gücləndirilib.
Başqa məqamları da xatırladaraq, Seyran Ohanyan qeyd edib ki, 0038 saylı əmrdə cinayətkarlıq yoxdur, MN öz səlahiyyətlərini aşmayıb.
Ohanyanın sözlərinə görə, əmrin tərtib edilməsinə konstitusiyada göstərilən xalqın təhlükəsizliyinin təmin edilməsi müddəası əsas təşkil edir. O, xalqın mövcud problemlərdən, onları gözləyən təhlükələrdən xəbəri olmadığını, onların müdafiəsinin təmin edilməsi üçüm məhz həmin əmrin verildiyini qeyd edib.
Seyran Ohanyan hesab edir ki, Ermənistan prezidenti tərəfindən fövqəladə vəziyyət elan olunması ilə bağlı ondan tələb olunan hər şeyi edib, amma “1Mart” işi üzrə məhkəməyə cəlb edilməsi onun üçün gözlənilməz qərar olmayıb.
Bütün iqtidarlar dövründə hərbçi olaraq müvafiq qaydada xidmət etdiyini bildirən sabiq erməni nazir, bunun siyasi hadisələrin nəticəsi olaraq baş verdiyini dərk edir, bu hadisələrdə ciddi fiqurların rol oynadığını nəzərə alaraq, tərkibində siyasi elementlər olduğunu düşünür.
Alpər Mövludoğlu
Ordu.az