Ordu.az xəbər verir ki, bu barədə bu gün Qafqaz institutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan jurnalistlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, bugünkü vəziyyətə əsasən haqqında danışıqlar aparılan iki növ ərazi var.
"Bunlardan biri Azərbaycanın tərkibinə qaytarılmalı olan ərazilərdir, digəri qaytarılması nəzərdə tutulmayan ərazilərdir", - deyə o qeyd edib.
İsgəndəryan əlavə edib ki, Ermənistan eyni vaxtda bir neçə istiqamətdə iş aparmağa məcburdur.
"İrəvan sərt olmalıdır, eyni zamanda güzəştlər görünüşü yaratmalıdır. Azərbaycan, Qarabağ, beynəlxalq ictimaiyyət, həmçinin daxili auditoriya ilə iş aparılması vacibdir. Bu istiqamətlərdən hər biri vacibdir.
Qarabağ münaqişəsi ilə bağlı "Madrid prinsipləri" öz aktuallığını itirməyib. "Madrid prinsipləri" münaqişənin yekun həllinə nail ola bilməz, yalnız sadəcə əsaslı danışıqlar üçün şərait yarada bilər", - deyə o sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az