“Legion” HVK Gənclər günü münasibətilə əsgərlərlə görüş təşkil edib – FOTOLAR

2019/02/456-1549263994.jpg
Oxunub: 1219     11:10     04 Fevral 2019    
Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi kimi 1997-ci ildə 2 fevralın Gənclər günü elan edilməsindən sonra MDB məkanında və Şərqi Avropa ölkələri arasında da bu gün qeyd edilməyə başlayıb.

Ordu.az xəbər verir ki, ölkəmizdə hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

O cümlədən sosial media platforması üzərindən fəaliyyət göstərən “Legion” Hərbi Vətənpərvərlik Klubu da Ulu Öndərin bizə qoyduğu nümunələrə sadiqlik göstərərək 2 Fevral 2019-cu ildə “ən sevimli gənc-səngərdə olan əsgər” devizi altında Qarabağ qaziləri, sosial şəbəkələrdə aktiv fəaliyyətdə olan gənclər, İmişli şəhərindən Ziyalı Gənclər Maarifçi Klubunun məsul üzvü, ehtiyatda olan hərbçi Natiq Məmmədov, gənc vətənpərvərlər, iş adamları və s-nin də qoşulduğu tədbir çərçivəsində “N” saylı hərbi hissədə əsgər və zabitlərimizlə görüşüb.

Azərbaycan gəncliyinin böyük hissəsinin hərbi xidmətdə və Vətənin müdafiəsində olduğunu nəzərə alaraq hər zaman olduğu kimi “Legion” bütün bayram və əlamətdar günləri məhz ordu sıralarında, səngərlərdə keçirməyi qarşısına məqsəd qoyub. Tədbirdə “N” saylı hərbi hissənin komandanı general-mayor Mayis Bərxudarov, Xocavənd İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov və digərləri iştirak ediblər.

Komandan çıxışı zaman gənc əsgərlərimizi bir daha Ulu Öndərin bizlərə miras qoyduğu ənənələrə sadiq olduqlarını, vətən müdafiəçilərinin hər zaman Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin “irəli” əmrini gözlədiklərini və qələbə üçün savaşa qatılmağa hazır olduqlarını bildirdi.

Xocavənd İcra başçısı Eyvaz Hüseynov bu əlamətdar gün münasibəti ilə şəxsi heyəti təbrik edərək, xalqın hər zaman ordunun yanında olmasını, qələbə üçün yorulmadan çalışdığını və Azərbaycan hökuməti tərəfindən Silahlı Qüvvələrə yüksək qayğı və diqqətdən danışdı.

Öz növbəsində “Legion” Hərbi Vətənpərvərlik klubunun rəhbəri, ehtiyatda olan zabit Abuzər Əbilov əsgər və zabitləri təbrik edərək, hər zaman əsgərlərimizin yanında olacaqlarını bəyan edərək onlara xidmətdə, təlimlərdə və döyüşdə müvəffəqiyyət arzuladı.

Tədbirdə Xocavənd rayon Mədəniyyət evinin özfəaliyyət ansamblının üzvləri tərəfindən xalq mahnıları ifa edildi, əsgərlər və ictimaiyyət nümayəndələri şənliyi rəqs etməklə davam etdirdilər.

Tədbir çərçivəsində “Legion” Hərbi Vətənpərvərlik klubunun üzvləri “cəbhə zonasında şəxsi heyətin psixoloji, mənəvi və vətənpərvərlik durumunun yüksəldilməsi yolunda xidmətlərinə görə” fəxri fərmanlarla təltif edildilər. Daha sonra isə döyüş postlarında xidmət edən əsgərlərimizlə görüş təşkil olundu. Görüş zamanı əsgərlərə hədiyyələr təqdim olunub. Görüş qarşılıqlı səmimiyyət və bayram əhval ruhiyyəsi ilə yekunlaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Legion   Gənclər-günü  

“Legion” HVK Gənclər günü münasibətilə əsgərlərlə görüş təşkil edib – FOTOLAR

2019/02/456-1549263994.jpg
Oxunub: 1220     11:10     04 Fevral 2019    