Daha bir ASALA terrorçusu ölüb

2019/02/15382-1549258127.jpg
Oxunub: 28388     09:28     04 Fevral 2019    
İrəvanda ASALA terrorçusu Mkrtıç Qazançyan ölüb.

Ordu.az xəbər verir ki, bu barədə "Erməni xalq hərakatı mərkəzi şurası" məlumat yayıb.

Qeyd olunur ki, 2019-cu il fevralın 3-də, səhər saat 10:00 radələrində 63 yaşlı Mkrtıç Qazançyan ölüb. Qazançyan 1956-cı ildə Livanın Ayncar yaşayış məntəqəsində doğulub. O, 1975-ci ildə Livandakı vətəndaş müharibəsində iştirak edib, yaralanıb və cərrahiyə əməliyyatından sonra 1976-cı ildə Fransaya köçüb.

ASALA terror təşkilatına qoşulan Mkrtıç, 1994-cü ildə Ermənistana köçüb. O, həmçinin işğal altında olan Qarabağa müxtəlif "yardımlar"ın çatdırılmasında iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASALA   Terror  


Bizi "telegram"da izləyin